1636966897223510079 1000x669Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və BMT-nin Əhali Fondunun (BMTƏF) birgə həyata keçirdiyi “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi çərçivəsində Mingəçevir şəhərində “Yaşlılar Festivalı” keçirilib.

BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyindən araz.az-a daxil olan məlumatda deyilir ki, festivalda yerli ictimaiyyət üzvləri ilə yanaşı, ƏƏSMN tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin, BMTƏF-nin Azərbaycan nümayəndəliyinin, “Üçüncü Bahar” İctimai Birliyinin (İB), Mingəçevirdə fəaliyyət göstərən “YAŞA” mərkəzinin, eləcə də Ağsaqqallar Şurasının nümayəndələri iştirak ediblər. Tədbirin gedişatında iştirakçılara fəal və sağlam yaşlanma məfhumu barədə geniş məlumat verilib, bu istiqamətdə həyata keçirilən layihənin əhəmiyyətindən və əldə olunmuş nailiyyətlərdən danışılıb.

Festival müxtəlif məşğuliyyət sahələri üzrə maraqlı təlim və fəaliyyətlərdən təşkil olunub. İştirakçılar üçün masaüstü oyunlar, qurama, rəsm, vitraj, torlu torbaların, gül çələnglərinin və digər əl işlərinin hazırlanması kimi məşğuliyyətlərə dair ustad dərsləri keçirilib, xüsusi hazırlanmış fotoguşədə isə xatirə şəkilləri çəkdirmək üçün imkan yaradılıb. Qeyd etmək lazımdır ki, festival çərçivəsində təşkil edilmiş bütün fəaliyyətlər iştirakçıların məhz əylənərək öyrənməsi və bir-biri ilə ünsiyyət qurmasına töhfə vermək məqsədilə hazırlanıb.

Tədbir əsnasında “Fəal Yaşlanma” layihəsinin işində yaxından iştirak edən “Üçüncü Bahar” İB-nin üzvlərinin əl işlərindən ibarət sərgi guşəsi də yaradılıb. Sərgidə yaşlıların hazırladıqları qurama, vitraj, toxuma, rəsm, suvenir və digər əl işləri nümayiş etdirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Əhali Fondu tərəfindən həyata keçirilən “Fəal Yaşlanma” layihəsi yaşlı şəxslərin fəal və sağlam həyat tərzi keçirməsini təmin etmək məqsədilə müxtəlif dəstəkləyici və inklüziv tədbir və proqramların tətbiqini nəzərdə tutan innovativ sosial təşəbbüsdür. Layihə çərçivəsində Fəal Yaşlanma İndeksinin hazırlanması, fəal yaşlanma mövzusunda ictimai məlumatlılığın artırılması və təşviqat işlərinin aparılması, eləcə də müştərək yanaşmaya əsaslanan sosial xidmətlər vasitəsilə yaşlıların daha sağlam və müstəqil həyat sürmək imkanının dəstəklənməsinə yönələn müvafiq tədbirlərin pilot qaydada sınaqdan keçirilməsi üzrə bir-biri ilə sıx əlaqəli olan bir sıra fəaliyyətlər həyata keçirilir. Layihə 65 və daha yuxarı yaş kateqoriyasına aid şəxsləri əhatə edir.

2019-2021-ci illəri əhatə edən layihə Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN xidmət”, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi və “Üçüncü Bahar” İctimai Birliyi ilə sıx əməkdaşlıq şəraitində icra edilir.

[bt_slider uid=”1636991088-61928070426a9″ target=”_blank” width=”400″ crop=”no” thumbnail_width=”400″ thumbnail_height=”400″ show_title=”no” centered=”yes” arrows=”yes” pagination=”bullet” autoplay=”5000″ speed=”600″][bt_image src=”images/bt-shortcode/upload/16369668975740520406_1000x669.jpeg” title=”16369668975740520406_1000x669.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/16369668974216728102_1000x669.jpeg” title=”16369668974216728102_1000x669.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/1636966897738827409_1000x669.jpeg” title=”1636966897738827409_1000x669.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/16369668973371932787_1000x669.jpeg” title=”16369668973371932787_1000x669.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/16369668974950144783_1000x669.jpeg” title=”16369668974950144783_1000x669.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/16369668971276351422_1000x669.jpeg” title=”16369668971276351422_1000x669.jpeg” link=”” parent_tag=”slider”][/bt_slider]

araz.az xəbər portalı.

araz.az xəbər portalı.