suruculuk77

“Gəncə 9 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsinin rəisi Eldar Əliyevin əməlləri ilə bağlı bir neçə dəfə danışmışam. Amma heç bir nəticə olmayıb. Tənqid etdiyim digər şəxslər məzuniyyətə göndərilib. Bu, bir müddətlikdir, qayıdıb yenə də talan edəcəklər”.

araz.az-ın xəbərinə görə, bunu jurnalist Əvəz Zeynallı bildirib.

Ə.Zeynallı qeyd edib ki, orada sürücülük vəsiqəsi 1200 manata satılır: “Belə əməllərdən dövlət sarsılır. Qarşısını almaq lazımdır…”

Qeyd edək ki, bir neçə ay öncə deputat Müşfiq Cəfərov da sürücülük vəsiqələrinin satılması ilə bağlı tənqidi çıxış etmişdi. 

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.