“Bölgəmizdə həddindən mürəkkəb qlobal proseslər baş verir. Sərhəddə baş verənlər birmənalı Ermənistan hakimiyyətinin istəyidir. Ancaq bu istəklər də bir birindən tam fərqlənir və bu istəklər tək ermənilərin yox, həm də Ermənistandakı qüvvələrin arxasında dayananların arzusudur”.
araz.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov bildirib.
A.İsmayılov qeyd edib ki, Paşinyan və tərəfdarları sülh sazişinin imzalanmasını yubadıb təxribatlar törətməkdə məqsədləri Qərbi bu problemə soxmaqla hakimiyyəti qorumaq və Qarabağda status məsələsini həll etməkdir: “Bu məsələdə 10 noyabr 2020-ci il sazişində imzası olan Rusiyanı öz tərəfində müharibəyə çəkmək istəyinin sıfıra bərabər olmasına baxmayaraq yenidən ona 1997-ci il tərəfdaşlıq sazişini xatırladır. Məqsədləri Rusiyadan “yox” cavabı almaqla artıq birmənalı Qərbə üz tutmaq və bu minvalla istəklərinə nail olmaqdır. Köçəryan və tərəfdarları da bu təxribatlarda məqsədləri Paşinyanı devirmək, hakimiyyətə gəlmək və ölkəni yenidən tam Rusiyanın qucağına atmaqla həm özlərinin məsuliyyətə alınmalarından yayınmaq, həm də köhnə patronları Rusiyanın istəklərini yerinə yetirməkdir. Gedən proseslərin ən böyük təhlükəsi ondadır ki, baş verən qarşıdurmalarda həm Qərb, həm də Rusiya öz maraqları uğrunda mübarizə aparırlar. Bu mübarizə bu gün Gürcüstan, Ukrayna, Belarusiyada da davam edir. Hakimiyyət var gücü ilə çalışmalıdır ki, gec-tez baş tutacaq Qərb Rusiya silahlı qarşidurması Azərbaycan torpaqlarında baş verməsin. Prezident İlham Əliyevin Vətən Müharibəsindən əvvəlki və sonrakı gedişlərini nəzərə alaraq bu təhlükədən də sovuşacağımıza inanıram”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.