İndi də, ölkə mətbuatında Hacıqabul rayon icra hakimiyyəti başçısının köməkçisi, 1976-cı il təvəllüdlü, həqiqi hərbi xidmətdə olmayan Afiq Oqtay oğlu Kərimovun qol qoyduğu şok olay xarakterli qanunsuzluq əməlləri ilə bağlı yazılar dərc olunur. Media bildirir ki, bu barədə redaksiyalara xeyli məlumat çatdırılıb. Çatdırılan həmin məlumatlarda xüsusi olaraq o vurğulanır ki, bu şəxs vaxtilə hərbi xidmətdən yayınmaq üçün, hansısa səhiyyə müəssisəsindən “Hərbi Həkim Ekspertizası haqqında Əsasnamə”nin tələbləri əsasında, özünə bu Əsasnamənin 14-cü maddəsinin müvafiq bəndinə uyğun sənəd əldə edib. Elə, bu səbəbdən də, həqiqi hərbi xidmətdən yayınmağı bacarıb.
Biz də, araz.az xəbər portalı olaraq, yazılanların həqiqət olduğunu qeyd etməklə, bildirmək istəyirik ki, bəli, həmin Əsasnamənin 14-cü maddəsində baş-beynin zədələnməsi və disfunksiyası (baş-beynin travmaları, şişləri, ensefalit, meningit, neyrosifilis, həmçinin, senil və presenil psixozlar, baş beynin damar, degenerativ və digər üzvi xəstəliklər və zədələnmələr nəticəsində yaranan psixoz, digər ruhi pozuntulu, şəxsiyyət və davranış dəyişiklikləri olan şəxslər nəzərdə tutulur. Axı, belə bir sənədin sahibi olan Afiq Kərimov, Hacıqabul RİH-də başçısının köməkçisi vəzifəsini necə daşıya bilər?! Bir də ki, belə bir xəstəliyi olan şəxs, AZ 24 –AA — 005 dövlət nömrə nişanlı avtomobili də idarə edə bilməz.
Bundan əlavə, redaksiyalara bu başçı köməkçisinin xoş olmayan əməlləri ilə bağlı da, xeyli şikayət ərizəsi daxil olub. Məsələn, şikayət təqdim edən Hacıqabul rayon sakinləri Bəhlul Şıxəliyev və Nizaməddin Mustafayev adlı şəxslər öz ərizələrində onu bildirirlər ki, Afiq Kərimov onlara müəyyən məsələlərdə köməklik göstərmək adıyla, onlardan aldığı 40 min manat pulu, iş həll edə bilməsə də, indiyədək geri qaytarmayıb. Qaytarmaq da istəmir: “Elə ki, Afiq Kərimovdan verdiyimiz pulları geri qaytarmasını tələb edirik, o halda, o, həmin gün pulları qaytaracağına söz verir, səhəri gün isə, verdiyi vədini danır. Bu onu sübut edir ki, həqiqətən də, RİH başçısının köməkçisi vəzifəsini daşıyan bu şəxsin psixoloji problemi var. Bu şəxs rayonun Qarasu Kənd Bələdiyyəsinin sədri Elşad Habil oğlu
Abdullayevə himayədarlıq etməkdən də çəkinmir. Belə bir səbəbdən də, bələdiyyə sədri saysız-hesabsız qanunsuzluqlara imza atır. Bu da, çoxsaylı sakinlər arasında narazılıqların baş qaldırmasına səbəb olur”.
Əslində, belə problemlərin varlığı ortaya çoxsaylı sualların çıxmasına səbəb olur. Yəni, sual oluna bilər ki, görəsən, səhhətində müəyyən psixoloji problemi olan, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxsləri aldadadaraq, onların pullarını ələ keçirən və digər qanunsuzluq əməllərinə qol qoyan Afiq Kərimov, bu gün hansı əsasla belə bir məsul vəzifədə çalışır?! Demək, məsələnin görünməyən tərəfləri var ki, onlardan biri də, bu şəxsə “daydaylıq” edənlərin olduğu barədə həqiqətdir. Yəqin ki, onlar, bu psixozu bu məsul vəzifədə saxlamaq üçün, müxtəlif rollarda oynamağı da bacarırlar! Yoxsa, bu şəxsi…
Məsələ maraqlı və düşündürücü olduğu üçün, hələlik sonda “üç nöqtə” qoyuruq. Çünki bu mövzuya qayıdacağıq.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.