natiq4n

“Azərbaycan hökumətinin gömrük siyasətini illərdir ki tənqid edirik, amma faydasızdır, siyasətin fəlsəfəsi dəyişmir. Gömrüyün əsas vəzifəsi, fəlsəfəsi daxili istehsalçıları qorumaq, daxili istehsalı stimullaşdırmaqdır. Yəni, əsas vəzifə budur, digərləri isə bu vəzifəni yerinə yetirmək üçün atılan yan addımlardır. Ölkədə yerli istehsalı olmayan və ya çox cüzi olan mal və məhsullara 15 faiz gömrük rüsumu və 18 faiz ƏDV tədbiqi məntiqsiz olmaqla yanaşı, ölkədəki qiymət artımının əsas səbəblərindən biridir. Dərman preparatları sosial məsələdir, insanların sağlamlığına, həyat keyfiyyətinə təsir göstərir. Ölkədə dərman istehsalı yox dərəcəsindədir, amma xaricdən gətirilən dəramanlara rüsum və vergi tədbiq olunur. Bu da qiymət artıran əsas amillərdən biridir”.

araz.az xəbər verir ki, bu fikirlər iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Deputatın sözlərinə görə, rəsmi məlumat yayıblar ki, ölkədə əzcaçılıq məhsulları istehsalı bu ilin yanvar-oktyabr aylarında kəskin artıb, keçən ilin eyni dövrünə görə artım 90,2 faiz təşkil edir: “Az qala sevinmişdim, məsələni araşdırmaya başladım ki, hər şey aydın oldu: Bu ilin ilk 10 ayında ölkədə cəmi 8,6 milyon manatlıq əzcaçılıq məhsulları istehsal edilib, tərkibi də əsasən nədir?! Bəli, düz tapdınız, tibbi maska və dezinfeksiya üçün tibbi spirt, vəssalam. Bəs ölkədə bu ilin 10 ayında nə qədər əzcaçılıq məhsulları satılıb?! Bu ilin yanvar-oktyabr aylarında keçən ilin eyni dövrü ilə müqaisədə əzcaçılıq məhsullarının satışı 36,3 faiz artaraq 758.6 milyon manat olub. Təsəvvür edin ki, ölkədə 10 ayda 758 milyon manatlıq əzcaçılıq məhsulları satılıb ki, bunun da cəmi 8 milyon manatını özümüz istehsal etmişik, 750 milyon manatını isə xaricdən almışıq və əzcaçılıq məhsullarının qiymətində, azı 35 faiz rüsum-vergi var. Yəni, bu gün 10 manata aldığımız dərmanı doğru gömrük-vergi siyasəti aparsaydıq, 6 manat 50 qəpiyə almalı idik”.

N.Cəfərli deyib ki, dövlət vətəndaşına sağlıq, təhsil, sosial xidmətlər göstərmək, infrastrukruru yeniləmək vətəndaşın ölkə daxilində və sərhədlərimizdə təhlükəsizliyini təmin etmək üçün vergi-rüsum yığır: “Sual yaranır ki, bəs vətəndaş xaricdən gətirilən dərmanı baha alıb içində 35 faiz rüsum-vergini niyə ödəsin ki?! Səhiyyə xərclərini azaldın, zatən qeyri-şəffaf xərcləyirsiz, əvəzində vətəndaşın cibinə birbaşa təsir edən rüsum-vergiləri də aşağı salın, vəssalam. Niyə sağ qulağı sol əllə qaşımağa davam edirsiniz ki?! Məsələn, bu ilin 10 ayında rüsum-vergilərə görə dərman alan vətandaş əlavə 200 mln. manata yaxın ödəyib, bunu ödəməsin, siz də səhiyyə xərcində 200 mln. manat azaldın. Onsuz da vətəndaşdan topladığınız vergini vətəndaşa hesabat verərək xərcləmirsiniz, heç olmasa vətəndaşın cibinə dəyməyin, imkan verin dolansın. Daha açıq desəm, neftdən gələn gəlirləri büdcəyə transfert edib xərcləyin, dövlətin ehtiyaclarını ordan qarşılayın, amma gömrük-vergi güzəştləri ilə cibimizə ziyan vurmayın, nə zaman bizim ödədiyimiz rüsum-vergilərin xərclənməsi ilə bağlı bizə şəffaf məlumat verəcəksiniz, Parlamentin buna nəzarət etmək imkanı olacaq”.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.