İlham Əliyev və Nikol Paşinyan dekabrın 15-də Brüsseldə Avropa İttifaqı — Şərq Tərəfdaşlığı sammiti çərçivəsində görüşmək barədə razılığa gəliblər.
İlkin məlumata görə, İlham Əliyev və Nikol Paşinyan sərhəddə insidentlərin qarşısını almaq üçün, müdafiə nazirləri səviyyəsində birbaşa rabitə xəttinin yaradılması barədə razılığa gələcəklər. Verilən məlumatın nə qədər düzgün olub-olmamasından asılı olmayaraq, Rusiyanın iştirakı olmadan görüşün özünün belə baş tutması müsbət nəticələrə səbəb ola bilər. Ancaq ki, bu görüşün konkret nəticələrlə məhsuldar olacağına inam azdır, təbii ki, formal razılaşmaları nəzərə almasaq. Əvvəla, yada salaq ki, bu görüşdən əvvəl Vladimir Putinin mətbuat katibi Peskov Moskvada İlham Əliyevlə Nikol Paşinyanın görüşünün anonsunu vermişdi, lakin bu görüş Ermənistan Baş nazirinin çıxışından sonra ləğv edildi. Bu halda, Moskva məsələdə monopoliyasını və nüfuzunu saxlamaq üçün, Nikol Paşinyanın İlham Əliyevlə vacib razılaşmanın əldə edilməsinə yol verməz. Güman ki, Azərbaycan Prezidenti ilə, Ermənistanın Baş nazirinin Brüsseldə gözlənilən görüşlərinin ləğv edilməsinə cəhdlər də olacaq.
Digər tərəfdən, real siyasi perspektiv baxımından, heç Azərbaycan üçün də, bitmiş Qarabağ məsələsinin hər hansı bir Beynəlxalq platforma çərçivəsində müzakirəsi arzu edilən deyil. Azərbaycan 10 noyabr, 11 yanvar üçtərəfli razılaşmalarından irəli gələn və hələ də icra edilməyən müddəaların və eləcə də yekun sülh müqaviləsinin imzalanması prosesini 2+2 formatında, daha doğrusu, Ermənistan, Rusiya və Azərbaycan, Türkiyənin çevrəsi daxilində həlində maraqlıdır. Burada bir vacib məsələ ondadır ki, Rusiya, baxmayaraq, Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsinin imzalanmasında, Qarabağda separatizmin tam məhv edilməsində maraqlı olmasa da, Azərbaycan öz siyasi məqsədlərinə çatmasını Rusiyanın iştirakı ilə mümkün hesab edir — təbii ki, Rusiyanın müəyyən maraqlarının nəzərə alınması şərti ilə. Rusiya ətrafında halqanın sıxılması və reallaşmağa doğru gedən genişmiqyaslı Ukrayna Rusiya müharibəsi gözləntisi şəraitində, Rusiya, onun üçün yeganə nəfəslik rolunu oynayacaq Türkiyə ilə razılaşmaq məcburiyyətindədir. Təbii ki, bu da Azərbaycanın maraqlarının təmini deməkdir. Rusiya əvvəlki kimi hərbi və iqtisadi gücə malik deyil. 44 günlük müharibə Rusiya hərb mexanizminin gücsüzlüyünü göstərdi.
Digər tərəfdən isə, Rusiya, hətta, patronajında olan KTMT-nin üzv dövlətlərə təsirini əhəmiyyətli dərəcədə itirib. Belə ki, bu təşkilata, elə, Türk təşkilatı kimi baxmaq daha doğru olardı. Türkiyənin keçmiş Sovet İttifaqı respublikalarına real və güclü təsirini qəbul edən Rusiya, elə, Türkiyə ilə münasibətini müttəfiqlik səviyyəsinə gətirmək niyyətindədir. Bəziləri isə, Rusiya və Belarus arasında vahid dövlət quruculuğuna aid, Putinlə Lukaşenko arasında imzaladıqları razılaşmadan sonra, Rusiyanın keçmiş Sovet respublikalarına təsirinin daha da artacağını bildirir. Ancaq bu qənaət tamam yanlışdır, ona görə ki, Belarusun müstəqilliyin itirilməsi vəziyyətində Rusiyadan qaçma meylləri güclənir və müstəqil respublikalar üçün real qorxuya çevrilir. Ümumiyyətlə, Rusiya və Belarus vahid dövlət razılaşmasının icrası, birbaşa, Rusiyanın imperialist mahiyyətindən əl çəkmədiyini göstərən real sübutdur. Əslində, bu razılaşma beynəlxalq aləmdə Rusiyaya qaçılmaz çətinliklər və sınaqlar vəd edir. Görünən də odur ki, Rusiyaya, öz vəziyyətinə görə, Türkiyə onun üçün ölüm-qalım məsələsi qədər olduqca vacib tərəfdaşdır. Ona görə də, Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmaq istəyini bu və digər şəkildə bildirir. Bu yerdə, digər əhəmiyyətli xəbər isə, Türkiyə Prezidenti ilə, İsrail Prezidentinin telefon danışığının baş tutmasıdır. Məhz ona görə ki, nəticə etibarıyla, Azərbaycanın və Türkiyənin daha da güclənməsinə siyasi manevr imkanlarını artırır.
Siyasi vəziyyətin analizi bir daha göstərir ki, Ermənistan Azərbaycanla Rusiyadan xəbərsiz və onun iştirakı olmadan məzmunlu danışıqlara gedərsə, sərt cəzalandırıla bilər. Hətta ərazi bütövlüyü, dövlətçiliyi böyük sual altına düşər. Məhz buna görə də, Brüsseldəki gözlənilən görüşdə əhəmiyyətli razılaşmanın əldə olunacağına inamı çox azaldır — Azərbaycanın bu görüşə razılıq vermə, siyasi mədəniyyət, diplomatik əxlaq, konstruktiv siyasət nümayiş etdirmə və danışıqlara açıq tərəf olmağını göstərmək istəyi olsa da!..
Vüqar DADAŞOV,
hüquqşünas, MCP SŞ-nin üzvü, Qarabağ qazisi.
araz.az xəbər portalı.