eldar34

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşı Aydın Əzizovu vəzifəsindən azad edibmiş.

araz.az  Qaynarinfo-ya istinadən bildirir ki, Sahil Babayevin müvafiq əmri ilə Aydın Əzizov Bakı şəhərində yeni yaradılan 1 nömrəli tibbi-sosial ekspert komissiyasının Səbail, Yasamal və Nəsimi rayonları üzrə baş müdiri vəzifəsindən azad olunub. Onun yerinə Səadət Əsgərova təyin edilib.

Qeyd edək ki, Aydın Əzizov bu vəzifəyə 2018-ci ildə təyin olunmuşdu. O, sürücüsü ilə KİV-in gündəminə gəlmişdi. Belə ki, Aydın Əzizovun sürücüsü olmuş şəxs Əzizovların adından istifadə edərək vətəndaşların pullarını mənimsəyib.

Aydın Əzizov qulaq, burun, boğaz  həkimidir.

araz.az xəbər portalı.