respublikabashprokurorluqmain100821Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, bu günün rəqəmi isə 157-dir.

Belə ki, 2021-ci ilin yanvar-oktyabr ayları ərzində sadələşdirilmiş icraat materialları üzrə prokuror tərəfindən 157 cinayət işinin başlanması təmin edilib.

Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.