Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşı Aydın Əzizovu vəzifəsindən azad etməsi ilə bağlı məlumat yayılıb.
araz.az Bakupost.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı ƏƏSMN-dən bildirilib ki, bu məlumatlar həqiqəti əks etdirmir: “A.Əzizov 2 il öncə Nazirliyin tabeliyindəki Protez-Ortopedik Bərpa Mərkəzinin “Mürəkkəb protezləşmə stasionarının onurğa beyni zədələnmiş əlillərin və xəstələrin korreksiyası və protezləşməsi” şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Hal-hazırda Aydın Əzizov Nazirliyin Bakı Reabilitasiya Mərkəzinin “Sosial psixoloji reabilitasiya və abilitasiya” şöbəsinin müdiri vəzifəsində fəaliyyətini davam etdirir”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.