Moldovanın tanınmış informasiya-analitik portalı noi.md, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimi Yavər Məmmədovadan götürdüyü müsahibəni işıqlandırıb.
Bu barədə, ölkəmizin Moldovadakı səfirliyindən araz.az xəbər portalına verilən məlumatda bildirilir ki, müsahibə zamanı Yavər Məmmədova gündəmdə olan bu və bu kimi sualları cavablandırıb:
— Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağın mülkiyyəti ilə bağlı mübahisənin uzun tarixi var. Birinci Qarabağ müharibəsi zamanı qüvvələr nisbəti necə idi və Azərbaycanın ideoloji ərazi bütövlüyünün qorunmasında Heydər Əliyev siyasəti hansı rolu oynadı?;
— Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həllində mövqeyi necədir?;
— “Xocalıya ədalət” kampaniyasının Azərbaycan haqqında beynəlxalq ictimai rəyi dəyişmək üçün əhəmiyyəti nə idi?;
— Ölkənizdə gənclərə vətənpərvərlik hissinin formalaşmasına dövlət dəstəyi necə töhfə verdi?;
— 44 günlük Qarabağ müharibəsi zamanı daxildə və xaricdəki soydaşlarınızın birliyi necə özünü göstərdi?;
— Qələbənizdə ən böyük rolu nə oynadı?
— Füzuli Hava Limanı və Qarabağda qələbədən sonra səkkiz ay ərzində tikilən infrastruktur haqqında məlumat verin…
Dəyərli oxucularımız, həmin müsahibənin rus dilində olan variantını aşağıdakı linkdən oxuya bilərlər:
araz.az xəbər portalı.
araz.az xəbər portalı.