“Keçmiş Sovet İttifaqına daxil olmuş ölkələrin içərisində ən az yaşı olan ölkə Rusiyadır. Prezident Putinin rusiyanın qədim tarixi olmasından danışması bu insanın mütləq mənada savadsızlığına dəlalət edir, ya da əksəriyyətinin yarı kefli olduğu rusların düşünmək istəməməsindən istifadə edir. Əslində Rusiyanın ölkə olması XVII əsrdən başlayır. Rusiya knyazlıqlar şəkilində ya Monqol – Türklərin, Polşanın, ya da Litva ölkələrinin tabeçiliyində olub. Təriflədikləri öz nazirlərini diri-diri qaynar yağ çəlləklərində bişirən İvan Qroznı ancaq və ancaq Moskvanın knyazı idi. Krım xanlığı bir neçə dəfə Moskvanı işğal etmişdi və İvan Qroznı krımlılara hər il bac xərac verirdi. Putin daima qonşularını qorxu içərisində saxlayır. Məsələn, Qazaxıstanın ölkə olmadığını, Rusiyanın bu ölkəni yaratdığını və ona görə onun varidatı olduğu üçün istənilən vaxt yenidən geri götürə bilər işarəsini vurur. Bu insan Roma imperiyasında legioner kimi iştirak edən Ukraynanı Rusiyanın yaratdığını iddia edir”.
araz.az-ın xəbərinə görə, bunu sabiq spiker Rəsul Quliyev bildirib.
R.Quliyev vurğulayıb ki, ukraynalılar tarixdə olduqları vaxtdan azı 700 il sonra ruslar peyda olublar: “XVII əsrdə Qərbdə bütün müharibələri uduzan ruslar heç kimin yaşamadığı, getmədiyi Sibirdə bəzi yerlərdə məskunlaşıb və buraları Rusiya adlandırıb. Bugün də Rusiyanın Ural dağlarından Yaponiyaya qədər olan ərazisində cəmi 25-30 milyon adam yaşayır, 120 milyon isə Avropa hissəsində. Osmanlı imperiyası ilə İran imperiyasının Bağdad uğrunda apardıqları müharibədən istifadə edib 1812 və 1828-ci illərdə İranla müharibədə Şimali Azərbaycan, Dağıstan və Gürcüstanı işğal edib öz torpağı adlandıran Rusiya imperiyası bu ölkələrin dilinə, mədəni həyatına, dininə təcavüzə başlayıb, bu millətləri ruslaşdırmaq üçün dəridən qabıqdan çıxıb, ancaq buna nail ola bilməyiblər. 1918-ci ilin mayında Zaqafqaziya ölkələri müstəqillik elan ediblər. Bolşevik Rusiyasının başı özünü işğaldan xilasa və sonra vətəndaş müharibəsinə qarışmışdı. Azərbaycan və Gürcüstanın müəyyən mənada ölkə yaratmaq üçün torpaqları var idi. Ermənistanın isə heç bir şeyi. Ermənistanı yaratmaq üçün Türkiyə və Azərbaycan ermənilərə torpaq veriblər. İndi Rusiyanın Putini Ermənistanı Rusiyanın yaratdığını iddia edir, heç kim də bu adama “A kişi, bu qədər yalan danışma, ayıbdır!” demir. Ermənistanın yaranmasında 3 ölkənin imzası var: Türkiyə-Azərbaycan-Ermənistan. Onlara verilən sahələr də 16 min kvadrat kilometr olub. Ətrafındakı əsli-nəsli, tarixi olan ölkələri gücündən istifadə edib daim qorxu içərisində saxlamaqla Putin Rusiyanın evini bir dəfəlik dağıdacaq. Putin öz xoşuna heç vaxt vəzifəsindən getməyəcək. Ancaq daim yaşamaq da mümkün deyil. Putinin ölümündən ən çoxu 2 il sonra, təbii, Krım da, Donbas da Ukraynaya qayıdacaq. Rus qoşunları Laçın dəhlizini tərk edəcək. Rusiya imperiyasında Ural dağından, məsələn, Yakutiyaya qədər, Sibir, Altaydan Saxalinə qədər Şərqi Sibir ölkələri yaranacaq. Onlarında əsas əlaqələri Çin və Yaponiya ilə olacaq”.
araz.az xəbər plortalı.
araz.az xəbər portalı.