Zauribrahimli12

“Xarcidə professional arxeoloqların yazılmamış qızıl qaydası var. Arxeoloqlar qazıntı sahəsini müəyyən etdikdən sonra, bu sahənin bir hissəsini toxunulmamış saxlayırlar. Belə hesab edirlər ki, gələcək nəsillərin daha yaxşı texniki imkanları, bilikləri  ola bilər və onlar daha yaxşı tədqiqat apararlar. Ona görə, bütün qazıntı sahəsindən istifadə etmirlər, bütün sahəni korlamaqdan ehtiyat edir və gələcək nəsillər üçün də fürsət saxlayırlar.  Məncə, bu qızıl qayda hər birimiz üçün rəhbər olmalıdır. Yoxsa böyük ideyaların cılız məqsəd və mənfətlər üçün gözdən salınması hazırda çox geniş yayılıb”.

araz.az  Pravda.az-a istinadən xəbər verir ki, bunu ekspert Zaur İbrahimli bildirib.

Z.İbrahimli qeyd edib ki, xüsusən ictimai sektorda, mediada mövcud imkan, resurslar, şərtlər, bilik-bacarıqlar nəzərə alınmadan elə böyük ideyalarla bağlı layihələr, təşəbbüslər irəli sürülür və sanki, işlərin görülməsi ilə bağlı təbliğat aparılır: “Bir müddət sonra maddi və s. maraqlar olmayandan sonra bu böyük ideyalar da unudulur. Daha heç kim bu ideyalara müraciət etmək istəmir. Bu ideyalar cılız məqsədllər, mənfətlərlə assosasiya olunur. Xüsusən vətənpərvərlik, milli maraqların müdafiəsi, qalib gəldiyimiz 44 günlük Vətən Müharibəsi, şəhidlərimiz və qazilərlə bağlı, ictimai nəzarət, KİV, vətəndaş cəmiyyəti, informasiya savaşı ilə əlaqədar məsələlərlə bağlı bu neqativ tendensiya daha bariz müşahidə olunur”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.