“Bu ilin sonu və gələn il Azərbaycan dövləti, xüsusilə hakimiyyəti üçün çətin olacağı şübhəsizdir. Ermənistanın sülh sazişinin imzalamasını yubatması da məqsədlidir. Əminəm ki, bunlar hamısı 9-10 dekabr ABŞ-da keçiriləcək ilk Demokratiya Sammiti ilə bağlıdır. İlk dəfə keçirilən bu sammit dünyada yeni qütbləşmənin başlanğıcını qoyacaq. Çox heyif ki, dünyanın aparıcı dövlətlərinin iştirak edəcəyi bu tədbirə nəinki Azərbaycan, yeni yaranmış Türk Dövlətlər Birliyinin heç bir üzvü də dəvət olunmayıb”.
araz.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov bildirib.
A.İsmayılov qeyd edib ki, 44 günlük Vətən Müharibəsindəki Qələbəni həzm etməyən bütün dövlətlər orada toplaşacaq: “Ermənistan bu sammitdə var gücü ilə Qarabağ problemini gündəmə gətirməyə, Azərbaycana qarşı sanksiyaların tətbiq olunmasına çalışacaq. Azərbaycan hakimiyyəti ölkəyə qarşı ola biləcək hər şeyə hazır olmalıdır. Əminəm ki, ilk növbədə ölkədəki ağır sosial durumdan istifadə edilməyə cəhd olacaq. Ona görə də hakimiyyət təxirəsalmadan əhalinin sosial-iqtisadi durumunun yaxşılaşdırılmasına çalışmalıdır”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.