Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın Soçi görüşü konkret nəticələr verəcək.
araz.az Trend-ə istinadən xəbər verir ki, bunu Heydər Əliyev Mərkəzində jurnalistlərə açıqlamasında məşhur rusiyalı politoloq, teleaparıcı və ictimai xadim Maksim Şevçenko deyib.
“Hesab edirəm ki, yalnız Soçi görüşü konkret nəticələr verə bilər. Bakı-İrəvan-Moskva üçbucağında yerləşən proses mənə çox perspektivli görünür”, – deyə o qeyd edib.
Bu görüşdə müzakirəsi gözlənilən mövzulara gəlincə, M.Şevçenko sərhədlərin delimitasiyası ən vacib mövzu olduğunu vurğulayıb:
“Bir müddət əvvəl Ermənistan-Azərbaycan sərhədində faciəli hadisələr baş verəndə, o zaman insanlar həlak olanda, teleqram kanalımda yazmışdım ki, Ermənistan bu cür davranmağa davam edərsə, Qarabağ üçün ağladığı kimi Zəngəzura da ağlayacaq. Orada bu, kəskin reaksiya ilə qarşılanıb. Amma bu doğrudur. Müharibə ermənilərə yaxşı heç nə gətirməyəcək”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.