Xalq şairi, deputat Sabir Rüstəmxanlı Azərbaycan Televiziyasının “Oxuyur Vətən” layihəsini (AzTV) tənqid edib.
araz.az xəbər verir ki, bu barədə feysbuk hesabında paylaşım edən millət vəkili layihədə Əməkdar artist Babək Niftəliyevin ifa etdiyi “Vətən yaxşıdır” mahnısının Zəngilanda dağıntılar arasında lentə alınmasını birmənalı qaşılamayıb:
“Ənənəvi musiqi üçlüyü: Tar və kamança çalanlar, bir də müğənni, əlində qaval… Çalıb-oxumaq üçün haranı seçsələr yaxşıdır? Zəngilan rayonunun işğalçılar tərəfindən dağıdılmış bir kəndini… Hərəsi bir uçuq divarın üstündə oturublar. Nə olar! Burda da oxumaq olar.
Düşündüm ki, indi savaşın gətirdiyi faciələr haqqında və ya bu kəndin harayına bənzər bir ifa səslənəcək… Ancaq mahnını dinləyəndə heyrətə gəldim. Burada, düşmənin xaraba qoyduğu bu ağlar yurdda da son illər müsiqimizi işğal etmiş şit diringi əsəblərimi cırmaqlamağa başladı…
İnsan gözüyumulu və əhlikef olmalıdır ki, bir yurdun uçuq divarının üstündə, dağılmış bir kənddə oturub “Könüllər cəlb edən bu xoş mənzərə…” deyib oxusun. Görəsən bu üç sənət adamı ətrafa baxmırdılar? Düşünmürdülər ki, bu ürək dağlayan görüntüyə “xoş mənzərə” demək olmaz? AzTV-nin yaxşı niyyət güdən bu layihəsinin belə gülünc hala salınmasına təəssüfləndim…”
[bt_youtube url=”‘https://www.youtube.com/embed/PNDOY9-7xoc’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]araz.az xəbər portalı.
araz.az xəbər portalı.