naibe23

   “Artıq bezdim. Dərdimizi kimə deyək, görəsən? Belə biabırçılıq olmaz. 3 gün öncə 20, ondan iki gün öncə 10, dünən də 10 manatlıq qaza pul yüklənib. Səhər yuxudan soyuqdan donduğuma görə ayılmışam. Qaz bitib…”

   araz.az  Pravda.az-a istinadən xəbər verir ki, bunu Xalq artisti Naibə Allahverdiyeva bildirib.

   “Təsəvvür edirsiniz, tamaşamızın uğuru, tamaşacı alqışları məni o qədər xoşbext etmişdi ki, o motivasiya ilə yuxuya getdim, sanki, cənnətdə idim, birdən, elə bil, bir əl atdı məni buz kimi suyun içinə, ayıldım, gördüm, ev buz kimi soyuq… Şikayət edirsen, deyirler, limiti keçmisən, borcun var! Atasına lənət, əgər bu qədər qaz işlətmişəmsə… Halbuki, 1 ildir, demək olar, rayonda olmuşam. Hamı şikayət edir. Bunun bir sonu olacaq? Bəsdirin insanların cibinə girdiniz! Eşidirsiniz?” – deyə, o etiraz edib.

“Azəriqaz” İstehsalat Birliyindən isə bildirilib ki, bəzi hallarda mənzildaxili sızma halları olur. Qaz təchizatına baxış keçiriləcək.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.