bayraq12

   “Türkmənistan- Azərbaycan- İran arasında dünən bağlanan saziş, sözsüz ki, rəsmi Bakıya xeyli dividentlər gətirəcək”.

   araz.az-ın xəbərinə görə, bunu politoloq Zaur Məmmədov bildirib.

   Z.Məmmədov qeyd edib ki, iki milyard kubmetr türkmən qazının İran vasitəsilə Azərbaycana çatdırılması ciddi rəqəmdir: “Misal üçün deyim ki, bu il Qərb istiqamətinə təxminən 5 milyard kub m yaxın qaz ixrac etmişik. Üçtərəfli saziş faktiki olaraq “Cənub – Şimal” , ” Cənub – Qərb” tranzit xəttinin Azərbaycan üzərindən dirilməsidir. Bu sazişlə İran və Azərbaycan geosiyasi ziddiyyətləri kənara qoyaraq iki tərəfin maraqlarına cavab verəcək və tərəfləri iqtisadi – siyasi sahədə bir – birinə yaxınlaşdıracaq yeni layihələrə start verirlər. Təsadüfi deyil ki, dünəndən Ermənistandakı ekspertlər narahatdırlar. İndi Paşinyan daha yaxşı anlayacaq ki, cənub – şimal və cənub – qərb xətti Bakının kurasiyasındadır və  İran Azərbaycan, Azərbaycan isə Gürcüstan yolu ilə bu və digər ticarət əlaqələrini həyata keçirəcəklər. Əgər İrəvan Zəngəzur dəhlizini açsa o da divindentlər əldə edə bilər. Sazişlə Avropa İttifaqı  və Azərbaycan arasında iqtisadi – siyasi  sahədə istiləşmə baş verə bilər. Transxəzər layihəsini sözdə dəstəkləyən Brüssel, ilk dəfə olaraq Azərbaycanın köməyi ilə Türkmənistan qazını əldə edə bilər. Avropa İttifaqının maye qaz məsələsinə aktual baxmasını nəzərə alsaq, bu saziş Qarabağ məsələsində  Avropanın ermənipərəst siyasət aparmasını minimallaşdıracaq”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.