karantin polis cerime 130620 02

   “Koronavirusun yeni “Omikron” variantının aşkar edilməsi bir sıra ölkələrin yenidən qapanma qərarları verməsinə səbəb olub.

   Dünyanın 3-cü ən böyük iqtisadiyyatına malik olan Yaponiya xaricilərin bu ölkəyə gəlməsinə qadağa  tətbiq etmə niyyətindədir. İsrail 2 həftəlik qapanma tətbiq etməyi planlaşdırır. ABŞ 8 ölkədən Birləşmiş Ştatlara səfərləri yasaqladı. Omikronun aşkar edilməsi dünya birjalarına və eləcə də neft bazarına ciddi təsir etsə də birjalar həftəyə nikbin başladılar. Ötən həftənin son iş günü 10 faizdən çox ucuzlaşan neft bu həftəyə 4 faizə yaxın artımla başlayıb. Hazırda “Brent” markalı neftin 1 barelinin qiyməti 75 dollardan baha satılır. Omirkon variantından ehtiyatlansalar da birjalar aparıcı ölkələrin daha geniş qapanmalara getməyəcəyinə ümidlidirlər”.

  araz.az-ın xəbərinə görə, bunu deputat Vüqar Bayramov bildirib.

   “Belə ki, ABŞ daxil olmaqla bir sıra inkişaf etmiş ölkələr Omikron variantının araşdırılması üçün ən azı 1 həftə zaman lazım olduğunu bəyan ediblər. Digər tərəfdən, bir sıra ölkələr qapanma qərarı versələr də etiraf etmək lazımdır ki, dünya sərt karantinlərdən, yumşaq desək, bezib. Buna görə də, ölkələr “lock down” qərarları ehtiyatla qəbul edilir. Azərbaycan yumşaq karantin rejimini tətbiq edən ölkələrdəndir. Təbii ki, Omikron variantının təsirləri və yayılma coğrafiyası və eləcə də tezliyindən asılı olaraq növbəti addımlar müəyyənləşəcəyi gözlənilir. Bununla belə, indiki halda yenidən sərt qapanmalara getmək arzuolunan deyil. Real sektordakı açılımların və yenidən bərpa olunan aktivliyin qorunub saxlanması vacibdir. Bununla belə, dünya bazarlarındakı və eləcə də neft birjalarında kəskin dalğalanmalar bir daha təsdiq edir ki, hər zaman xarici şoklar aktiv ola bilər” – V.Bayramov qeyd edib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.