61a4f92c638bc61a4f92c638bd163820164461a4f92c638ba61a4f92c638bb

   COVID sertifikatlarının etibarlılıq müddəti müəyyənləşib.
 

    araz.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiqləditi “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanlnması qaydası”nda əksini tapıb.

                             COVID sertifikatlarının etibarlılıq müddəti aşağıdakı kimidir:

   – COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı təsdiqləyən sertifikat üzrə – müddətsiz;
– COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat üzrə – 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını 56 gün ərzində aldıqda – müddətsiz;
– peyvəndləməyə əks göstərişi təsdiqləyən sertifikat üzrə – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin ambulator-poliklinik tibb müəssisələrinin peyvəndləmə prosesinə nəzarət komissiyaları tərəfindən göndərilən tibbi arayışlara baxılaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əsaslandırılmış rəyinə əsasən müəyyən edilmiş müddətə;
– neqativ PZR test nəticəsini əks etdirən sertifikat üzrə – 72 saat (nəticənin elan olunduğu saatdan).

   Xarici COVID sertifikatlarının etibarlılıq müddəti xarici ölkələrin vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə münasibətdə beynəlxalq təcrübədə nəzərdə tutulmuş razılaşmalarla, Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə isə bu Qaydaya uyğun olaraq müəyyən edilir.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.