Son vaxtlar, Azərbaycanın ictimai-siyasi həyatında baş verən yeniliklər, xarici ölkələrin mətbuat vasitələrinin də diqqətindən yayınmır. Xüsusi maraq doğuran bu mövzuda geniş yazılara, Azərbaycanla dostluq münasibətlərinin getdikcə genişləndirilməsinə həmişə xüsusi önəm verən Moldovanın mətbuat vasitələrində tez-tez rast gəlinir. Elə, ölkəmizin Moldovadakı səfirliyindən araz.az-a daxil olan son məlumatlar da, deyilənlər barədədir. Səfirliyin bu məlumatlarında bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının Rusiyanın nüfuzlu “Rossiya — 1” telekanalına müsahibəsi Moldova mətbuatında geniş işıqlandırılıb. Daha doğrusu,Moldovanın aparıcı KİV-lərinin əksəriyyətində, bu ölkə əhalisinin xüsusi marağına səbəb olduğu üçün, Azərbaycan dövlət başçısının “Rossiya 1” telekanalının “Kreml. Putin. Moskva” proqramına verdiyi müsahibəsi dərc edilib və bu müsahibənin şərhinə geniş yer ayrılıb. Səfirliyin məlumatına görə, həmin yazıların qısa xülasəsi bir daha onu təsdiqləyir ki, digər xarici ölkələrin media vasitələri kimi, Moldova mətbuatı tərəfindən də, Prezident İlham Əliyevin, illərdi aralarında baş verən münaqişə və müharibələrdən sonra, Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşmasında Rusiyanın mühüm stabilləşdirici roluna xüsusi önəm verməsini müsbət qiymətləndirib.Xüsusi maraq doğurduğu üçün, həmin yazıların aşağıdakılinklərini də, səfirlik araz.az-a ünvanladığı öz məlumatına əlavə edib:
***
Ölkəmizin Moldovadakı səfirliyindən araz.az-a daxil olan digər bir məlumatda isə bildirilir ki, Moldovanın tanınmış KİV-lərində Azərbaycan, İran və Türkmənistan arasında üçtərəfli qaz tədarükü sazişi haqqında məlumatlar da geniş yayımlanıb. Qaz tədarükü ilə bağlı üçtərəfli sazişin bağlanması üçün tələb olunan vacib məqamların şərhinə geniş yer ayıran Moldovanın bu aparıcı KİV-ləri, öz yazılarında xüsusi olaraq onu vurğulayıblar ki, bu sazişə əsasən, Türkmənistandan İran vasitəsi ilə, hər il 1,5 milyardan 2 milyard kubmetrədək təbii qazın Azərbaycana göndərilməsi nəzərdə tutulur. Bu isə, Azərbaycan üçün, möhtəşəm tarixi bir uğurun əldə olunması deməkdir.
Səfirlik tərəfindən araz.az-a ünvanlanan məlumata əlavə edilmiş aşağıdakı linklər də Moldovanın tanınmış KİV-lərinə məxsusdur və adı yuxarıda qeyd olunan tarixi üçtərəfli qaz tədarükü sazişindən bəhs edir. Dəyərli oxucularımız və ictimaiyyət nümayəndələri həmin yazılarla daha ətraflı aşağıdakı linklər vasitəsilə tanış ola bilərlər:
Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.