azerturk6fr

   “O qədər aldadıblar insanlarımızı, millət banklara inanmır. “Azer Türk Bank”ı bank bilib illərdir, müştərisi olmuşam. Müştəri az idi, iş görürdülər, insanlar mənim kimi avamlara inanıb gəldi bu banka, vəssalam. Müştəri artıb, üstəlik qanunları bilməyən qohum-əqrəba dost-tanışlarını doldurublar işə, əziyyəti biz çəkirik”.

   araz.az-ın xəbərinə görə, bunu yazıçı Aysel Əlizadə bildirib.

   “Dövlət bankıdır guya, üç saat əsəb, isterika həddinə çatdırdılar məni. O deyir, ora gedin, bu deyir, bu şöbəyə gedin. Adamı elə incidirlər, elementar qanunları bilmirlər, düz üç saatdır vaxtımı alıblar, adi əməliyyatı edib bitirmirlər, sonda da qayıdasan ki, xanım, gecdir, kassa bağlanır. Nə hala düşdüyümü təsəvvür edərsiz, yəqin. Qanunu göstərmişəm, dava salmışam, açdırmışam kassanı. Niyə də, niyə biz insan kimi mədəni-mədəni ölkəmizin bankına güvənə bilmərik? Sıfır ulduz, hesabımı da bağlayıram, bitdi bu bank mənimçün…” – A.Əlizadə qeyd edib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.