16185648731618563694rustem

   “14 igidimizin bir anda şəhid olması fonunda bəzi televiziya və radioların efir cədvəlində, ələlxüsus əyləncəli və yumoristik verilişlərin yayımında heç bir dəyişiklik etməməsi həqiqətən acı təəssüf doğurur. Bu ilk növbədə milli kimlik, milli düşüncə və milli mənəviyyat məsələsidir…”.

   araz.az-ın xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş, media dəstək layihələri departamentinin direktoru Rüstəm Əbülfətoğlu bildirib.

   Onun sözlərinə görə, yeni hazırlanan “Media haqqında” yeni qanun layihəsində televiziyalar və radiolar üçün nəzərdə tutulan vəzifə və yayıma dair tələblərdə bu məqama xüsusilə həssas diqqət yetirilib: “Layihəyə əsasən, hüzn və matəm günlərində komediya və erotik filmlər, yumoristik, əyləncəli, ümumiyyətlə matəm günlərinin mahiyyətinə uyğun olmayan musiqi janrında proqramlar, televiziya və radio viktorinalar o cümlədən reklamlar yayımlanmamalıdır. Bununla yanaşı TV və radiolar ən azı hər 2 saatda bir dəfə hüzn və matəm günü ilə bağlı ictimaiyyətə məlumat verməlidirlər. Bəli, aydındır ki, mənəviyyat məsələsi qanunla tənzimlənmir. Amma hər halda matəm və hüzn günlərində saat 12.00-da bir dəqiqəlik sükut elan edilməsi də artıq qanun layihəsinə salınıb ki, mənəviyyat boşluğumuzu vətəndaş məsuliyyəti ilə qanunun ayrıca, xüsusi maddəsi doldursun”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.