Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yaşayış binaları ilə bağlı yeni normalar təsdiq edib. Mənzillərdəki otaqların sahəsindən tutmuş binalarda fəaliyyət göstərəcək müxtəlif təyinatlı obyektlərlə bağlı yeniliklər nəzərdə tutulur. Bəzi binaların kürsülük hissəsində və ya birinci mərtəbələrində müxtəlif təyinatlı tibb məntəqələrinin fəaliyyət göstərdiyi məlumdur. Yeni normalarda buna yol verilmir. Bundan əlavə binalarda yerləşən mağazaların yalnız saat 23:00-a qədər işləməsinə icazə verilir.
Ölkəmizdə inşa ediləcək yaşayış binaları ilə bağlı yeni normalar müəyyən edilib. Dövlət şəhərsalma və arxitektura komitəsinin təsdiq etdiyi yeni qaydalara görə insanlara zərərli təsir göstərən obyektlərin yaşayış binasının zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində yerləşdirilməsinə yol verilmir. Partlayış və yanğın təhlükəli maddə və materialların, avtomobil şinlərinin, sintetik xalça məmulatlarının satıldığı obyektlərin fəaliyyəti qadağan edilir. Bura ixtisaslaşmış balıq mağazalarının da fəaliyyəti daxildir.
Yeni qaydalarda əlilliyi olan şəxslər də nəzərə alınıb.
Binalarda həmçinin uşaqlar üçün dərnək və əyləncə otaqlarının yerləşdirilməsinə yol verilməyəcək. Yalnız Tutumu 150 yerdən artıq olmayan məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinə icazə verilir
Binaların zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində palatalı şöbələrin, elektrik şüası ilə müalicə və doğum şöbələrinin, dispanserlərin bütün növlərinin, təcili tibbi yardım yarımstansiyalarının, bakterioloji laboratoriyaların yerləşdirilməsinə də yol verilmir.
Bundan əlavə otaqların və mətbəxin hündürlüyü 2,7 metrdən, mənzildaxili dəhlizlərin hündürlüyü isə 2,1 metrdən az olmamalıdır. Mənzillərdə yataq otaqları digər otağa keçid kimi layihələndirilməməlidir.
Yeni qaydalarla otaqların minimum sahələri də təsdiq edilib. Belə ki, birotaqlı mənzillərdə ümumi otağın sahəsinin 15, 2 və daha çox otaqlı mənzillərdə 16, yataq otağı və mətbəxin sahəsinin isə 8 kvadrat metrdən az olmaması təsdiq edilib.
[bt_youtube url=”‘https://www.youtube.com/embed/f4qOYj_OfwA'” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]araz.az xəbər portalı.
araz.az xəbər portalı.