ilhamaliyevmainphoto2003201

Biz NATO Baş katibi ilə regionda postmünaqişə vəziyyətini müzakirə etdik.

Bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev NATO Baş katibi Yens Stoltonberqlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan sülhə sadiqdir.

“Bizim səylərimizin əsas məqsədi regionda hər hansı müharibə riskinin minimallaşdırılmasıdır. Bu məqsədə nail olmağın ən yaxşı yolu açıq kommunikasiyadır, aktiv dialoq yaratmaqdır və yenidən qonşu olmağı öyrənməkdir. Azərbaycan bu istiqamətdə fəaliyyətə açıqdır. Düşünürəm ki, Ermənistan da nə zaman bu istiqamətdə xoş niyyət göstərərsə, biz Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzərində işləməyə başlaya bilərik”, – Prezident İlham Əliyev vurğulayıb.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.