2021 12 15 741170 888888

Əi İnsanov: Cənab İlham Əliyevlə görüşə hazır olduğumu bir daha dilə gətirdim

araz.az-ın xəbərinə görə, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin Haqq Ədalət Partiyasının sədri Əli İnsanovla görüşü olub. Bu barədə Ə.İnsanov sosial şəbəkələrdəki hesablarında paylaşıb. 16 ildən sonra Prezident sarayına gəldiyini deyən  Ə.İnsanov qeyd edib ki, 2 saata qədər davam edən, qarşılıqlı anlaşma şəraitində keçən görüşdə dövlətimiz və xalqımız üçün vacib olan bir sıra məqamlar geniş müzakirə edilib: “Cənab Ədalət Vəliyev Haqq Ədalət Partiyasının dövlət qeydiyyatına alınması münasibətilə məni təbrik etdi və partiyaya gələcək fəaliyyətində uğurlar arzuladı.
Mən dəvət və təbrik üçün təşəkkürümü bildirdim və Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə görüşə hazır olduğumu bir daha dilə gətirdim.
Prezident Sarayında mənimlə qarşılaşan hər kəsin göstərdiyi hörmət və ehtirama görə ayrıca təşəkkürümü bildirirəm”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.