sahinHazırda Laçın dəhlizində sərhəd-keçid məntəqələri yoxdur. Zəngəzur dəhlizində də sərhəd-keçid məntəqələri olmamalıdır.

araz.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev bildirib.

“Əgər Ermənistan vətəndaşların və yüklərin hərəkətinə nəzarət etmək məqsədilə sərhəd-keçid məntəqələrini qurmaqda israr etsə, biz də həmin məntəqələrin Laçın dəhlizində qurulmasında israr edəcəyik”, – Baş nazirin müavini vurğulayıb.

Ş. Mustafayev qeyd edib ki, Azərbaycanın Ermənistanla danışıqlarda mövqeyi konstruktivdir.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.