Rusiyadan ABŞ-a döyüş sursatlarının ixracı bütün zamanların ən yüksək səviyyəsinə çatıb. Belə ki, bu ilin yanvar-oktyabr aylarında Rusiya ABŞ-a 157,9 milyon dollarlıq döyüş sursatları ixrac edib.
araz.az “Russian Today”ə istinadən xəbər verir ki, Rusiya rəsmi Vaşinqtonun Moskvanın silah sənayesinə tətbiq etdiyi sanksiyalara baxmayaraq, ABŞ-a rekord sayda sursat göndərib.
Hesabatlar göstərir ki, ABŞ bu ilin ilk 10 ayı ərzində Rusiyadan 157,9 milyon dollar dəyərində sursat alıb ki, bu da maksimum səviyyədir. Əvvəlki rekord 2016-cı ildə 148 milyon dollar olub.
ABŞ şirkətləri Rusiyadan ötən il 120 milyon dollar dəyərində sursat idxal edib. Ümumilikdə, Amerika firmaları bu ilin yanvar-oktyabr aylarında 7 700 tondan çox Rusiya döyüş sursatı idxal edib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.