1625733517bayramseferovŞuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov uzun zamandır görünməməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, icra hakimiyyətinin saytında dekabr ayının 12-də Ulu Öndər Heydər Əliyevin anım günündə hər hansı tədbirin keçirilməsinə dair məlumat yerləşdirilməyib. Sosial şəbəkə istifadəçiləri icra başçısı Bayram Səfərovun səhhətində problem yarandığını iddia ediblər.

araz.az  Unikal.org-a istinadən xəbər verir ki, bu barədə B.Səfərov açıqlama verib:

“Vəziyyətim yaxşıdır. Səhhətimdə hər hansı bir problem yoxdur. Hazırda məzuniyyətdəyəm. Nə bilirsiniz ki tədbir keçirilməyib? Onu deyən başından böyük səhv edir”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.