Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan və Türkiyə ilə münasibətləri nizama salmaq, kommunikasiyaları açmaqla bağlı fəaliyyəti ölkədə birmənalı qarşılanmır.
Qonradma “erməni soyqırımı”, uydurma “Böyük Ermənistan” ideyaları ilə zəhərlənmiş toplum Paşinyanın qanşu dövlətlərlə münasibətləri nizama salmaq səylərini süngü ilə qarşılayırlar.
araz.az xəbər verir ki, Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş administrasiya rəhbəri Edqar Qazaryan Paşinyanın Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə razılaşdırılmış məsələləri ölkəyə və millətə xəyanət kimi qiymətləndirib.
Qazaryan eyni zamanda, Ermənistan də Türkiyənin münasibətləri nizama salmaq üçün xüsusi nümayəndələr seçməsinə də sərt təpki göstərib. “Türkiyənin Ermənistanda səfiri olmasını necə təsəvvür edirsiniz” sualına E.Qazaryan əsl erməni xisləti ilə cavab verib.”Türkiyənin Ermənistana səfiri təyin etməsinə ehtiyac yoxdur, Paşinyan və onun hökuməti Türkiyənin maraqlarına ən yaxşı formada xidmət edirlər” deyə Qazaryan bildirib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.