Türkiyə ilə Ermənistan arasında münasibətlərin gələcək yumşalması iki ölkə arasında sərhədlərin açılmasını yenidən gündəmə gətirib. Bəzi ekspertlərin fikrincə, bundan sonra çoxlu sayda erməni miqrant Türkiyəyə axın edəcək. Eyni zamanda, Türkiyədə öz layihələri və məhsulları ilə Ermənistanın istehlak bazarına hakim olacaq.
araz.az Yenisabah.az-a istinadən bildirir ki, iqtisadçı Akif Nəsirli deyib ki, Türkiyə və Ermənistan arasında indiyənə qədər ticarət əlaqələri olub:
“İndiyə qədər Türkiyə ilə Ermənistan arasında Gürcüstan vasitəsilə ticarət əlaqələri mövcud olub. Bunu qeyri-rəsmi adlandıra bilmərik. Tutaq ki, Türkiyənin iş adamları öz məhsullarını özəl şirkət olaraq Ermənistana aparıb, orada satır. Bu, iqtisadi cəhətdən normaldır.
Ermənistanla Türkiyə arasında təxminən il ərzində 130-140 milyon dollar civarında ticarət dövriyyəsi mövcud olub. Ötən il pandemiya ilə əlaqədar olaraq bu rəqəm bir qədər aşağı düşüb. Lakin bu il dirçəliş var”.
Ekspertin sözlərinə görə, ticarət əlaqələrinin genişlənməsi Ermənistan iqtisadiyyatına çox ciddi töhfə verəcək:
“Əlaqələrin genişlənməsindən Türkiyədən daha çox Ermənistan qazanacaq. Türkiyə Ermənistana invenstisiya qoymaqda maraqlıdır. Bu da Ermənistan iqtisadiyyatının Rusiyadan asılılığından qurtulmasına gətirib çıxaracaq. Paşinyan hakimiyyəti də siyasi baxımdan bunu hədəfləyib”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.