экрана 2021 12 18 012415“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə dostluq münasibəti var”.

araz.az  bakupost.az-a istinadən  xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov deyib. O bildirib ki, bu münasibət ən çətin fikir ayrılıqlarında belə dialoq aparmağa və problemin sülh yolu ilə həllinə imkan verir:

“Prezident Ərdoğanın, bilirsiniz ki, Putinlə kifayət qədər mehriban münasibəti var, hətta demək olar ki, prezident Putinlə dostluq münasibətləri var ki, bu da fikir ayrılıqlarının olmasına baxmayaraq, onlara ən kəskin məqamlarda belə bir araya gəlib ən çətin problemləri həll etməyə imkan verir. Türkiyə bizim çox mühüm qonşumuzdur, iri layihələrdə tərəfdaşımızdır”.

“Biz Suriya məsələsi ilə bağlı qarşılıqlı fəaliyyət göstəririk. bu, mürəkkəb qarşılıqlı fəaliyyətdir, bəzən çox çətin olur. Lakin buna baxmayaraq, hər dəfə biz qarşılıqlı məqbul həll yolu tapa bilirik”, – deyə Peskov bildirib. 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.