saleh66“Saleh Rüstəmlinin sağlıq durumu ilə bağlı mətbuatda gedən bəzi informasiyalar həqiqətə uyğun deyil. Müalicə Müəssisəsinin həkimləri ilə birgə onun səhhətini ciddi nəzarət altında saxlayırıq”.

araz.az-ın xəbərinə görə, bunu professor Adil Qeybulla bildirib.

A.Qeybulla qeyd edib ki, Saleh Rüstəmlinin sağlamlığının bərpası istiqamətində tədbirlər aclığı dayandırmaqdan xeyli əvvəl başlayıb: “Qidalanmaya keçdikdən sonra isə bərpa prosesi sürətlə gedir. Şəkil aclığın dayandırıldığı gün çəkilib. Bu şəkli Saleh bəy azadlığa çıxandan sonra Sizlərə təqdim etmək fikrində idim. Lakin yersiz və əsassız şaiyələri təkzib etmək zərurəti yarandığından buna məcbur oldum. Qısa video sujet də var. Gəlin hamılıqla arzu edək ki, Saleh bəyin səhhəti tezliklə tam bərpa olsun və o, layiq olduğu azadlığına qovuşsun”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.