“Bir siyasi və yaxud başqa bir ədəbi təlxəyin ən səfeh, lağlağı şəklində yazılmış statusunu layk edən yüzləri, minləri görəndə meydanda boğazdan yuxarı cəfəngiyyatını bağıraraq mikrofondan danışanları ehtirasla alqışlayan yüz minləri göz önünə gətirərəm.
Sosial şəbəkə də Azərbaycanda məhz həmin meydandır. Orada ağıllı, real sözü söyləyənləri həmin yüz minlər fitləyirdilər. Amma bir ipləmə dəlinin oxuduğu şeirdən, digərinin elan etdiyi adicə bir tətil çağırışından, başqasının mənasız siyasi xəyallarından vəcdə gəlirdilər, coşurdular. Başqalarını demirəm, mən də o vəcdə gələnlərin, coşanların içində idim. Ancaq sonra başımıza gələn təlatümlərdən, itkilərdən, faciələrdən sonra bir daha hansısa dəlinin, təlxəyin, saxta vətənşüvənin, dələduz milliyətçinin, düşüncəsiz dinçinin, həm aşağıya, həm də yuxarıya yaltaqlananların çığırtısının, bağırtısının, çıxışının, yazısının, kitabının dalınca düşmədim, oxuduğum mətni düşündüm, təftiş etdim, düşündüyümü yazdım, doğruları söyləyə bilməyəndə susdum”.
araz.az-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa bildirib.
F.Mustafa qeyd edib ki, qaragüruhdan alqış ala biləcəyi yerlərdə deyil, qaragüruh fitləməsinə dirəniş göstərərək fayda verə biləcəyi yerlərdə olmağa çalışıb: “İndi canım Azərbaycanda idarəedənlərin böyük əksəriyyəti necə ölkənin problemləri barədə sağlam düşünə bilmirlərsə, idarəolunanlar da ağıllı, realist düşüncədən daha çox, sosial şərtlərin ağırlığı altında yenə də siyasi, ədəbi, milliyətçi, dinçi təlxəklərin ardında səf tutmağa meyllənirlər. Qazandığımız milli qələbənin böyüklüyü də bizi İlon Maskın yenidən aktuallaşdırdığı Marsa doğru ucaltmır, yenə də yerin cəhalət cazibəsinə uyğun olaraq bağırmaq məkanına – Meydana geri qaytarır. Nə fərqi var ki, bu meydanın adı sosial şəbəkə olsun, yaxud Azadlıq!”
araz.az xəbər portalı.
araz.az xəbər portalı.