Bütün dünyada soyuqdəymə allergiyası hallarında artım qeydə alınır.
araz.az Cebhe.info-ya istinadən xəbər verir ki, bu barədə Moskvanın 52 saylı Şəhər Klinik Xəstəxanasının Şəhər Allerqologiya və İmmunologiya Mərkəzinin mütəxəssisi Natalya Maltseva “Danışır Moskva” radiostansiyasının efirində danışıb.
Onun sözlərinə görə, hətta Afrikada da soyuq allergiyası halları qeydə alınır. Tədqiqat həm şimal, həm də cənub olmaqla 17 ölkədə aparılıb.
Tropik ölkələrdən olan şəxslərdə də xəstəlik qeydə alınıb.
Maltseva qeyd edib ki, bu allergiya həm qışda, həm də yayda orqanizmin aşağı temperatura və ya təmasda olduğu soyuq obyektə reaksiya verdiyi zaman baş verir. Bəzən isə hətat həyati təhlükə yaranır. Daha az hallarda dermatit və ya burun axıntısı olur.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.