“Bəzi feministlər barədə danışmaq mənə qeyri-ciddi görünür, çünki belələri cəmiyyət tərəfindən də bir çox hallarda ciddi qəbul edilmirlər. Onlar bir çox hallarda lağlağı predmetinə çevirilirlər və cəmiyyətdən “dışlanmış” şəkildə yaşayırlar. Bir vaxtlar cüzam xəstəliyi olanlar özlərinə cəmiyyətdən kənarda həyat qururdularsa, bunlar da eynilə cüzamlı kimidirlər. Heç kim övladlarının belələri ilə ünsiyyətdə olmasını, əlaqə qurmasını istəmir. Feministlər çürük ideologiya tərəfdarıdırlar”.
araz.az Pravda.az-a istinadən bildirir ki, bunu Ağ Partiyanın sədri Tural Abbaslı barəsində fikirlər səsləndirən bir qrup feminist barədə danışarkən deyib.
Partiya sədri bildirib ki, o, Azərbaycanda kimlərinsə belə çürük ideologiyalarla öz beyinlərini zəhərlədiyinə və bunu digərlərinə yaymaq istəyində olduqlarına görə təəssüf edir: “Biz sağlam ictimai şəxslərik və tənqidlərə açığıq, lakin təhqir hər kəsin səviyyəsini ortaya qoyur. Bundan başqa, mənim təmsil etdiyim və mübarizə apardığım ideoloji xəttin əleyhdarları əleyhimə yazılar yazır, fikirlər bildirirlərsə, deməli, doğru yoldayam. Avropanın özündə belə çürük ideologiya kimi qəbul edilən ideologiyaların daşıyıcalarının bizim haqqımızda bundan artıq söz deməsini gözləmirdim. Bu da müsbətdir, qoy, öz iç üzlərini cəmiyyətə nümayiş etdirsinlər, özlərini ifşa etsinlər. Mən bununla bağlı qətiyyən narahatlıq keçirmirəm. Feministlər hər zaman məğlub olaraq qalacaqlar və mən onları ciddi qəbul etmirəm. Heç kimə də onları ciddi qəbul etməyi tövsiyə etmirəm”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.