İnstaqramda Azərbaycanı “Avroviziya”da təmsil edən Sona adlı qızın yarışmanın qalibi olan Ermənistan təmsilçi Malenanı təbrik edərək, qucaqladığı videonu görəndə gözümün qarşısına Xocalıda öldürülən uşaqların, qocaların, qadınların soyuqdan donmuş cansız bədəni, qulağıma Çingiz Mustafayevin hönkürtüsü gəldi…
O hönkürtülər hələ də qulaqlarımızdan çəkilməyib – ANS bağlansa da, Çingizin kadrları yığışdırılmayıb ki!
Müharibəni udsaq da, erməni terroru bitməyib axı!
Hələ ötən il Gəncəyə – mülki insanların yaşadığı, müharibədən yüz km kənarda olan şəhərə gecə ikən ballistik raket atan erməni ötən ay əsgərimizin üzərinə bomba atmışdı, 3 əsgərimiz yaralanmışdı və həmin terrorçunu Azərbaycan hüququ-mühafizə orqanlarının mühakimə etməsinə imkan belə vermədilər…
Hələ dünən ermənilərin 10 əsgərini humanizm prinsipi ilə geri qaytardığımız halda həmin gün 2 əsgərimizi əsir götürdükləri xəbərini yaydılar axı…
Hələ Birinci Qarabağ savaşında əsir götürülən 4 min azərbaycanlının sümüyü də tapılmayıb axı…
Qarabağ başdan-başa minadır axı; az qala hər gün o minalara mülki-hərbi şəxslər, çobanlar, traktorçular düşür axı…
Qarabağda mina partladıqca mülki azərbaycanlıların ölməsinə hələ də ermənilər sevinir, toy-bayram edir axı; yəni bu xalqın canında-qanındadır terror…
İndi görürəm ki, sosial şəbəkələrdə onların bu hərəkətini bəh-bəhlə paylaşıb sülhdən dəm vuranlar da tapılır və belələri az deyi!
Şuşada yallı gedib, “Qarabağ Ermənistandır və nöqtə”, “azərbaycanlılar alverçidir, ermənilər döyüşçü və siz heç vaxt bizimlə döyüşə bilməzsiniz”, “türk (azərbaycanlı – red.) kimdir ki, bizim qabağımızda dayana bilsin” düşüncəsinə qədər “böyüyən” erməni başçı, rəhbər, ziyalıları, paşinyanları, ovannisyanları, ohanyanları, serjiklərini, Azərbaycanı aşağılayıb, azərbaycanlıları zorlayıb, qapısında it kimi zəngirlədib işlədən tedovosyanlarını susduran, qəddimizi düzəldən, qürurumuzu Şuşa ilə birgə qaytaran igidlərin nəşi soyumayıb axı hələ!
Nə tez göyərçin oldunuz!
Sizi dünənə qədər adam yerinə qoymayan, aşağılayan, torpağını alan milləti nə tez bağrınıza basan oldunuz?
Bu milləti bağrınıza basmışdınız vaxtilə: bu erməniləri kirvə tutmuşdunuz, ocağınızın başına keçirmişdiniz; ən yaxşı vəzifələr onlardaydı, Azərbaycanda hər 13 nikahdan biri ermənilərlə idi; qardaşlamışdınız “Hayastan”la…
Noldu? Siz qardaşlıq nəğməsi oxuyanda – hələ 60-cı illərdə Xankəndidə 3 azərbaycanlını hüquq-mühafizə orqanlarının əlindən alıb, diri-diri yandırdılar. Hələ Sovet hökuməti vaxtı və heç kim də məsuliyyət daşımadı.
Bizə qardaşlıq nəğməsi öyrədiləndə ermənilər azərbaycanlıların qanını içməyə hazır əsgər kimi yetişdirilirdi – nəticəsini də gördük.
Bu məmləkətdə nakam şəhidlərin ruhu dolaşır, onların qarşısına göyərçin olub çıxmağa hardan tapdınız o üzü? Bu qədər utanmazlığı hardan öyrəndiniz?
Əminəm – ora göndərilən qıcqığaz da, onu pəh-pəhlə dəstəkləyənlərin ailəsi də şəhid verməyib, yaxınlarında qazi yoxdur, heç veteran da yoxdur. Ancaq bu milləti onlar təmsil edir!
Əminəm – Şuşada da onlar dincələcək, Qarabağda da o göyərçinciklərin evi, villası, daçası olacaq; Bəlkə də artıq onların özləri və yaxud doğmaları artıq Şuşanı hamıdan öncə ziyarət edənlər arasında olublar.
Əminəm – hər şey sizindir, bu dünyanın səfası da, cənnət Qarabağın gözəlliyi də!
Ancaq sizə bu cənnəti qaytaran şəhidlərin qanının qurumasını gözləyin heç olmasa!
Allahdan, xalqdan, şəhid ruhlarından qorxun, Xocalıda skalpı kəsilən uşaqların ahından çəkinin!
Bu qədər yaddaşsızlığı təsəvvür belə etmək çətindir!
Bu qədər manqurtluqla necə yaşayırsınız bu məmləkətdə?
İcazə verin, biz – doğmalarını Qarabağ uğrunda itirənlər nəsli bitsin; icazə verin, heç olmasa qolunu, qıçını Vətən üçün itirən gənclərimiz ömrünü tamamlasın. Sonra gedib sarılarsınız erməniyə!
Siz 20-25 yaşlı qazilərin gözü önündə erməniyə sarılanda nə düşünürsünüz?
Doğrudanmı zorlanan bacılarınızın ahını duymursunuz?..
Turanə MƏMMƏDLİ,
axar.az.
araz.az xəbər portalı.