“Ermənistan cəmiyyəti Azərbaycanla barışıq haqda düşünmür, əksinə buna pis baxırlar…”
“Əslində Ermənistan məxsus olduğu anti-insani keyfiyyətləri özünə daşımaqda davam edir. Əgər o normal bir dövlət olsaydı, həqiqətən Azərbaycanla xüsusi olaraq qonşuluq münasibətlərini normallaşdırmağa və gələcəkdə bu münasibətlərin inkişafında maraqlı olsaydı, elə özü hər hansı bir təzyiq olmadan mina xəritələrini Azərbaycana verməli idi. Görünən budur ki, Ermənistan həqiqətən faşist düşüncəli əməllərindən hələ də əl çəkməyib və heç ümid də etmirəm ki, gələcəkdə bu cür vəhşi və barbar kefiyyətlərindən onlar imtina etsinlər”.
araz.az bildirir ki, bunu moderator.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı Ermənistanın Azərbaycana təqdim etdiyi saxta mina xəritələri haqda danışarkən deyib.
F.Ağamali hələ də erməni cəmiyyətinin Azərbaycanla barışıq haqda düşünmədiyini bildirib:
“Mən hərdən BBC-nin həm erməni və həm də Azərbaycan redaksiyalarının Ermənistanda və Azərbaycanda keçirdiyi sorğularına qulaq asıram. Həmin sorğularda demək olar ki, ermənilərin bütün nəsillərindən olan insanları iştirak edir. Danışıqlarından belə məlum olur ki, onların heç biri Azərbaycanla barışıq haqqında düşünmür. Azərbaycanla münasibətlərin normallaşmasına zərrə qədər hazır deyillər, əksinə, buna pis baxırlar.
Ancaq Azərbaycanda keçirilən bu sorğularda bizim insanlarımız məsələyə tamamilə fərqli yanaşırlar. Gələcəkdə bu barışın mümkün olduğunu deyirlər. Yəni bu cür ritorikayla məsələyə normal münasibət göstərirlər. Bu isə çox vacib göstəricidir. Bu, Ermənistanın ruhu zəhərlənmiş bir toplum olduğunu bir daha ortalığa qoyur və özünün xislətini həm siyasi dairələrdə, həm də cəmiyyətin üst qatında ifadə edir.
Ona görə də beynəlxalq təşkilatlar həqiqətən də çağırışlar edirlər ki, minaların təmizlənməsində Ermənistan öz addımını atsın, mina xəritələrini verməlidir və verdiyi xəritələr saxta olmalı deyil. Bütün bunlara baxmayaraq onlar öz çirkin əməllərindən əl çəkmirlər. Mənə elə gəlir ki, artıq bununla bağlı təzyiq deyil, beynəlxalq təşkilatlarının xüsusi rəsmi sənədləri olmalıdır ki, bu sənədlər Ermənistanı məcbur etsin. Xüsusi olaraq bu baxımdan Birləşmiş Millətlər Təşkilatının qəbul edəcəyi qərarın mənə elə gəlir ki, hər halda ciddi təsiri ola bilər. Bu baxımdan həm də Avropa Şurası daha təsirli təzyiqlər göstərməlidir ki, Ermənistan ölüm saçan minaların həqiqi xəritəsini Azərbaycana verə bilsin”.
Qeyd edək ki, Brüssel görüşündən sonra Azərbaycan humanizm nümayiş etdirərək daha 10 nəfər erməni əsilli hərbi qulluqçunu Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verib. Əsirlərin qaytarılması müqabilində Ermənistanın Azərbaycana təqdim etdiyi mina xəritələrinin dəqiqliyi isə 20 faizdən azdır.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.