“Hələ də Dövlət İmtahan Mərkəzinin məntiqini tuta bilmirəm. Deyilənlərə görə yeni imtahan qrafikləri açıqlanıb, rəsmidir, ya yox, dəqiq deyil hələ ki. Amma əvvəlki illərə baxanda dəqiq olduğunu ehtimal edə bilərik. Buraxılış imtahanları mart və aprel ayına nəzərədə tutulur və keçirilir. Bu da o deməkdir ki, məktəblər lazımsızdır, yaşasın repetitorluq!”
araz.az-ın xəbərinə görə, bunu Filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq bildirib.
O qeyd edib ki, Azərbaycanda məktəblər iyun ayında bitir: “Dərs ilinin bitməsinə iki-üç ay qalmış bu nə tələm-tələsiklikdir axı?! Məktəb proqramı bitməmiş buraxılış və ya qəbul imtahanı keçirmək bizə nə vəd edir? Şagird nə etməlidir burda? Əlbəttə ki repetitor yanına getməlidir. İmtahanlardan sonra məktəbə niyə gəlir? Çünki bizim 11-cilər onsuz da məktəblərdən yayınır bu ağır qəbul imtahanı prosesinə görə, bir də imtahan bitdi, qiymətini aldı, nəyinə lazımdır daha məktəb? Formal da olsa!!! İlin axırı bunu etmək daha yaxşı olardı. Ola bilsin ki, DİM-in keçirdiyi imtahanlar çoxdur, zamanlamada problem ola bilir, amma bu heç bir halda haqq vermir ki, məktəblərə bu cür yanaşılsın!”
araz.az xəbər portalı.
araz.az xəbər portalı.