1504815974“Yəqin, hamınız razılaşarsınız ki, Bakıda nəqliyyatın hərəkəti iflicdir. Bir çoxları məktublarda şəhərin 4 tərəfində su “boçka”sı, dəmir-taxta parçası düzüb “burda saxlamaq olmaz, bura 2 manatdır, bura 5 manatdır” deyən “parkovşik”lərdən gileylənir. Hətta, ümumi istifadədə olan küçələri aylıq kirayəyə verənlərdən də yazırlar. Digər tərəfdən isə BNA-nın, DYP-nin cərimələri…”

araz.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov bildirib.

“Yadıma gəlir, Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimli açıq demişdi ki, Bakıda parklanmalardan yığılan pullar qanunsuzdur və bu pullarında arxasında böyük güclər dayanır. Bu sahədə illərdir ki, milyonlarla vəsait ayrılır və yekunda milyonlarla vəsait həm dövlət büdcəsindən, həm də birbaşa xalqdan alınıb kimlərinsə ciblərinə gedir. Şəhərdə nəqliyyat parklanmasının vəziyyəti isə nəinki düzəlir, əksinə, günü-gündən dözülməz həddə çatır…” -A.İsmayılov qeyd edib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.