Moldovanın aparıcı kütləvi informasiya vasitələrində Prezident İlham Əliyevin Azərbaycan televiziya kanallarına verdiyi müsahibə geniş işıqlandırılıb.
Bu barədə, ölkəmizin Moldovadakı
səfirliyindən araz.az-a verilən məlumata görə, geniş oxucu və izləyici auditoriyasına malik aparıcı NOİ.md, tribuna.md və Dosarmedia.md informasiya agentliklərində və Publika.TV kanalında Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi zamanı söylədiyi fikirlər rus və rumın dillərində geniş işıqlandırılıb. Bu xüsusda, Azərbaycanda xarici investorların hesabına təməli qoyalacaq külək elektrik stansiyası, bunun xarici investorlar tərəfindən ölkəmizin inkişafına və gələcəyinə inamın təzahürü olduğu barədə ölkə başçısının sözləri yayımlanıb. Həmçinin, Prezident İlham Əliyevin Fransa prezidentliyinə namizəd Valeri Pekresin Azərbaycan ərazilərinə təxribat xarakterli səfəri, Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdə ermənilərin sayı barədə, o cümlədən regionda və dünyada baş verən mühüm hadisələrlə bağlı söylədiyi fikirlər Moldova mətbuatında yer alıb.
Bunlarla daha ətraflı aşağıdakı linklərdən tanış olmaq mümkündür:
https://tribuna.md/2022/01/13/ilham-aliev-a-acordat-un-interviu-canalelor-tv-azere/
https://tribuna.md/ru/2022/01/13/ilham-aliev-a-acordat-un-interviu-canalelor-tv-azere/
araz.az xəbər portalı.
araz.az xəbər portalı.