названия 2Tarixin səhvi, yoxsa…

Erməni millətindən olan Qarabağda yaşayan Azərbaycan vətəndaşları bu torpaqlara yerləşdirildikdən 50-60 il sonra XX əsrin 18-ci illərindən  yavaş-yavaş Azərbaycanın tarixi yerlərinin toponimlərini dəyişməyə, bu yerlərin çox qədimdən ermənilərə məxsus olduğu görüntüsü yaratmağa başladılar. Azərbaycanın Qarabağ vilayətində yaşayan ermənilərin, Azərbaycanın keçmiş İrəvan xanlığının ərazisində yaşayan ermənilərlə tarixi cəhətdən heç bir qohumluq əlaqələri yox idi. Çünki, ermənilər çarın işğal etdiyi Qarabağ ərazilərinə əsasən İrandan, İrəvan xanlığına isə Türkiyə, Suriya, Livan və Rusiyadan köçürülmüşdür. Ermənilər öz torpaqlarını yaşamaq üçün onlara vermiş azərbaycanlılara qarşı düşmənçiliyə başladılar.

Yerləşdikləri hər yerdən azərbaycanlıları qovub çıxarır, onları öldürür məhv edir, onlarla bu torpaqların sahibləri kimi rəftar edirdilər. Azərbaycanlıların  yaşadıqları yüzlərlə kəndlərə, şəhərlərə silahlı hücumlar təşkil edir, qeyri-adi vəhşiliklə insanları məhv edirdilər. Bu proses illər uzunu davam etdi. Ermənistan Respublikasının rəhbərliyi  ilə 1988-ci ildə Azərbaycan millətindən olan öz vətəndaşlarını kütləvi surətdə bir nəfər kimi qovub Ermənistandan çıxardılar. Bu zaman yüzlərlə insana amansızcasına işgəncələr verib qətlə yetirdilər. Onlar eyni hərəkətlərin Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar vilayətinin rəhbərliyinin də yerinə yetirməsinə məcbur etdilər. Onlar özlərini bu regionda əsil quldur qruplaşmaları kimi aparır Azərbaycana və azərbaycanlılara əl qaldırmaq istəyən hər kəsə “atalıq” qayğısı göstərirdilər. Xaricdə yaşayan erməni diaspor təşkilatları onları maliyyə cəhətdən təmin edirdilər.

Buna baxmayaraq güclü diasporaya malik ermənilər yerləşdikləri bu yerlərdən bütün azərbaycanıları qovub çıxarmağa, bir çox yer adlarını dəyişdirib erməniləşdirməyə müvvəfəq oldular.

Bizim eradan əvvəl IV əsrdən  indiki Azərbaycanın ərazisində təkcə azəri türkləri yaşayırdılar. XI-XII əsrlərdən başlayaraq Azərbaycan dövlətləri yaranmağa başladı. Bunlar Midiya-Manna, Qafqaz Midiyası, Qafqaz Albaniyası adlanırdı. Qədim Atropatenadan Müasir Azərbaycanadək dövlətin adı dəyişilsə də burada yaşayan əhali köklü azərbaycanlılar bir çox tayfalar və nəsillərdən ibarət Azərbaycan dilli, azərbaycanlılar idi.

B.e. IX əsrində ərəblərin təcavüzü nəticəsində  Azərbaycan ərazisində minillik təcrübəyə malik ,güclü bir dövlət  olan Qafqaz Albaniyası özünün  hökmranlığını əldən verdi. Geniş ərazilərinin bir hissəsi , xüsusilə düzəngah sahələri çoxminlik ərəb ordusu tərəfindən istila edildi. Sonrakı illər Albaniyanın ərazisi İran sasaniləri və Xəzər xaqanlığı tərəfindən bölüşdürüldü.

Orta əsr tarixçiləri yazırlar ki, ərəblərin hücumu nəticəsində artıq Kiçik Asiyanın islamlaşdırılmış , əsasən türkdilli xalqların köməyi ilə IX əsrin əvvəllərində bütün Cənubi Qafqaz və Qafqaz Albaniyası dövləti tamamilə istila olundu. Ərəb qılıncından qurtarmaq üçün Xristian Mehranilər dövlətinin knyazları öz təəbələri ilə birlikdə Kiçik Qafqazın dağlıq hissələrinə, indiki Dağlıq Qarabağa çəkildilər.

Mehranilərin tanınmış Alban knyazlarından olan Varaz Tridatın nəslinin davamçısı Qafqaz Albaniyasının ordu rəisi Kirkor  Hammam, 6 sentyabr 892-ci ildə Bərdə şəhərində Ərəbistanın ordu rəisi şeyx Əbdülqədir Nur-Abdullahla görüşdü. Onlar bir neçə şərilərlə öz aralarında sülh razılığına gəldilər. Sülh danışıqlarının əsas yekun nəticəsi bunlar oldu: ərəb ordusunun komandirləri Qarabağ dağlarına qaçmış albanları izləməyəcəklərinə söz verdilər. Alban ordusunun komandirləri isə regionda ərəblərə hücum etməyəcəklərinə, ərəblərin Cənubi Qafqazı islamlaşdırmaqlarına mane olmayacaqlarına söz verdilər. Beləliklə, Qarabağın dağətəyi və dağlıq ərazilərinə çəkilmiş albanlar X əsrin əvvəllərində Qarabağın bu ərazilərində Hammamın rəhbərliyi altında Alban çarlığını bərpa etməyə müvəffəq oldular. Tanınmış Sak nəslinin nümayəndəsi olan Hammamın ölümündən sonra Ərsaq çarlığına onun oğlu Sak-Səvad rəhbərlik etməyə başladı. O, uzun illər ta XI əsrin yetmişinci illərinədək çarlığı idarə etdi. XI əsrin 80-ci illərindən Ərsak-Alban çarlığında dövlətdaxili çəkişmələr, tayfalararası qarşıdurmalar başladı. Nəticədə qədim ənənələrə malik mehranilər nəslinin sonuncu Alban çarlığı kiçik tayfa knyazlıqlara parçalandı. Bunların arasında Ali hakimiyyət uğrunda mübarizə uzun illər təxminən 200-220 il davam etdi. Nəhayət ki, yenidən qədim knyaz nəsli, Mehranilər qalib gəldilər. Mehranilər nəslinin görkəmli nümayəndəsi Sak qəbiləsindən olan Həsən-Cəlal Mehrani (1215-1261) bu torpaqların dağlıq hissəsində öz knyazlığını yaratdı. Knyazlıq Xaçen knyazlığı adlandırıldı. Xaçen knyazlığı o dövrdə öz ərazilərini genişləndirməyə başladı. Sərhədlərini Abdallı kəndinin ətrafından başlayıb dağlıq ərazidə yerləşən Gorus kəndinə, qərbdən Qafana qədər və Zəngilan da daxil olmaqla sərhədləri müəyynələşdirdi. Bundan sonra ta ləğv edilənədək təxminən iki yüz il ərzində buranın xristian siyasi, ali dini idarəçiliyi Həsən-Cəlalın nəslinə məxsus idi. Həsən-Cəlalın idarəçiliyi illərində Xaçen knyazlığı siyasi, iqtisdai, mədəni cəhətdən Qarabağda Qafqaz Albaniyasının yenidən qurulmasına və dirçəldilməsinə nail olunmuşdu. Azərbaycanın böyük müsəlman aləmi daxilində yerləşən bu kiçik xristian knyazlığında bütün sahələrin nəzərəçarpacaq dərəcədə inkişafını görmək olardı. Bu arxitektura , mülki tikinti , əbədiyyat və incəsənətdə, dini məqsədlərdə tikilmiş monastırların inşaasında özünü biruzə verirdi. Bu illər ərzində xüsusilə 1216-cı ildən 1288-ci illər arası Albaniya ərazilərinin müxtəlif yerlərində çoxlu sayda, müxtəlif ölçülərdə Alban xristian məbədləri inşa edildi. Həsən-Cəlal Mehrani öz nəsli üçün məxsusi kilsənin tikilməsinə göstəriş verdi. Bu kilsə Xocavənddə inşa edildi və Mehranilərin Gəncəsər dini məbədi adlandırıldı. Rəsmi olaraq Gəncəsər məbədi Qafqaz Albaniyasının (elmi ədəbiyyatda Xəznədağ məbədi adı ilə tanınan bu monastır kompleksi digər abidələrimiz kimi sonralar ermənilər tərəfindən saxtalaşdırılaraq «Qanrasar» adlandırılmışdı və dünyaya erməni abidəsi kimi təqdim edilmişdi. Azərbaycan torpağında yerləşən mərkəzi məbədi adlandırılmışdı. Qədim Gəncəsar məbədində və onun ətrafında son illərin Xaçen knyazları, keşişlər, patriarxlar, tanınmış sərkərdərləri dəfn edilmişdi.

1836-cı ilə qədər dəfn olunanların qəbirüstü abidələrinin üzərindəki epiqrafik yazılardan da bunu görmək olar. Qəbələdən olan məhşur tarixçi Musa Kalankatuklunun «Alban tarixi» haqqında yazdığı iri həcmli kitabında da bu hadisələr öz əksini tapmışdır.

XIV-XV əsrdən başlayaraq ərəblər, türklər, farslar, monqollar, hətta Azərbaycan hökmdarları XIX əsrin ilk illərinə qədər Şimali Azərbaycanın ərazilərini zəbt edib, idarə edirdilər. Bu illər ərzində Qarabağ ərazisi struktur vahidi kimi etnik tərkibi yalnız azərbaycanlı-müsəlmanlardan ibarət olan geniş Azərbaycanın təkib hissəsi olmuşdur.

XIX əsrin əvvəllərindən başlayaraq Rus imperatoru I Aleksandr Gürcüstandan başlayaraq müharibə və hədə-qorxu yolu ilə bu regionu ələ keçirdi. 1813-cü ildə Gürcüstan knyazlığının və bütün Şimali Azərbaycanın işğal edilmiş ərazilərini «Zakavkaziya» adlandırdı və Rusiyaya birləşdirdi. İlhaq edilmiş ərazilərin hamısını çar Rusiyanın quberniyası, özünün isə «irsi mülkü» adlandırdı. Məhz bu dövrdə, rus hakimiyyətinin bu yerlərdə bərqərar olmasından sonra, ilk dəfə olaraq ancaq azərbaycanlı əhalinin yaşadığı Azərbaycan xanlıqlarının ərazisində rusların hay adlandırdıqları erməni etnosunun adı çəkilməyə başladı. Erməni kilsəsinin rəhbərliyi ilə Rus generallarının öz hökumətinin göstərişləri əsasında Türkiyədə və İranda apardıqları danışıqlar zamanı ermənilərə söz vermişdilər ki,  “əgər bu yerlərdə erməniləri həyat şəraiti qane etməsə bu böyük bir bədbəxtlik deyil, onların daha yaxşı yerlərə”, işğal edilmiş Şimali Azərbaycan ərazisinə köçürülməsi təmin ediləcək”.

Beləliklə, 1828-ci ildə ruslrın İranla apardığı ikinci Rus-İran müharibəsində qələbəsindən sonra müntəzəm  şəkildə erməniləri Azərbaycanın Qarabağ və İrəvan xanlıqlarında yerləşdirməyə başladılar. Gürcüstan ərazisində isə Osmanlı imperiyası ilə sərhəd ərazilərdə Qara dəniz boyu yerləşdirildilər. Qara dənizin Şimal sahillərini Osmanlı imperiyasından qoparan rus generalları ilk növbədə ermənilərdən ibarət «bufer zona» yaratmağı planlaşdırmışdılar, sonra isə ermənilərin etibarsızlığına görə onları sərhədboyu ərazilərdə yerləşdirmək planından daşındılar.

XIX əsrə qədər Şimali Azərbaycan xalqları yer üzündə xay-erməni adlı bir tayfanın  olduğundan tam xəbərsiz idilər. Bəlkə də İranın şahı və xanları bu haqda məlumatlı idilər, amma xalq bu haqda demək olar ki, heç nə bilmirdi.

İrandan, daha doğrusu Cənubi Azərbaycandan ilk erməni ailələrinin Şimali Azərbaycanın Qarabağ torpaqlarına köçürülməsi I Rus-İran müharibəsindən sonra başlanmışdı. 1826-1828-ci illər ikinci Rus-İran müharibəsi bitdikdən və 1829-cu ildə Rusiya ilə Türkiyə arasında bağlanan Ədirnə müqaviləsindən sonra Rusiyanın təcavüzkar hakimiyyəti müntəzəm olaraq ermənilərin Zaqafqaziyaya köçürülməsinə başladılar. İrandan Qarabağ xanlığının ərazisinə, türkiyədən isə İrəvan xanlığı ərazisinə kütləvi surətdə erməni ailələri köçürülürdü. İstilaçı hakimiyyət bu zaman təkcə özlərinin bildiyi demoqrafik köçürülmə sirrini qoru         yur və bu haqda heç kəsin xəbər tutmaması üçün əllərindən gələni edirdilər.

XIX əsrin 30-cu illərində İrəvan xanlığında yaşayan əhalinin 75-77% azərbaycanlılar, 24-25%-i ermənilər idi. Bu onu göstərir ki, ermənilərin Şimali Azərbaycan ərazilərinə köçürülməsi  qəsbkar hakimiyyət tərəfindən Rus imperiyasının dövlət siyasəti səviyyəsinə qaldırılmışdı. Rus hakimiyyətinin ermənilər üçün İrəvanda muxtariyyat yaradılması bu fikirə gəlməyə əsas verir. 1832-ci ildə artıq Qarabağ əhalisinin 34,7% erməni və rus millətindən ibarət idi. Erməni fenomenini yaxşı bilib, onların xislətinə yaxından bələd olan bir çox siyasətçilər və dövlət xadimləri ermənilərin bir yerdə kompakt halda yerləşdirilməsindən sonra gələcəkdə onların monoetnik tələblərinin olacağı haqda fikirlər bildirirdilər. Onların burada yerləşdirilməsinə etiraz edən generallar da vardı.

Rusiyanın İranda ilk səfiri olmuş Aleksandr Qriboyedov özünün imperator dəftərxanasına yazdığı illik hesabatda qeyd edirdi: «Zaqafqaziyanın təkcə ermənilərin hesabına xristianlaşdırılması gələcəkdə Rus dövləti üçün arzuolunmaz sonluqlarla nəticələnə bilər. Azərbaycanlılar biləndə ki, ermənilərə göstərdikləri qonaqpərvərlikləri əvəzinə onlar yerləşdikləri ərazidə rəsmi idarəçilik və dövləti yaratmaq istəyirlər, onda bir çox qarşılıqlı qərarlar qəbul etməyə məcbur olacaqlar…»

A.S.Qriboyedovun dövlətinə sədaqət rəmzi olan bu məktubu ona baha başa gəldi. Nəticədə tanınmış yazıçı, dramaturq, demokrat və diplomat bu müraciəti ilə özünün ölüm hökmünü imzalamış oldu. O, haylar – «təbiətcə qəddar, çox kinli qorxaq adamlardır», deyirdi. Bu məktub çar dəftərxanasına daxil olduqdan sonra Peterburqda xarici işlər nazirliyində işləyən bir erməni tərəfindən səfirin «antierməni» məktubu haqqında Tehrandakı və Tiflisdəki öz adamlarına məlumat verdi. Tiflis və Tehrandakı ermənilər bu haqda eşitdikdən sonra yerli mürtəce şiə ülamaları ilə birlikdə Rusiyanın İrandakı səfirliyinə basqın təşkil etdilər. 1829-cu il yanvar ayının 30-da ermənilərin təşkilatçılığı ilə minlərlə insan səfirliyin binasına hücum etdi. «Hiddətlənmiş» erməni dəstələri və ruhanilər səfirliyin keşikçilərini və bütün işçilərini qılıncdan keçirdilər, o cümlədən A.S.Qriboyedovu və səfirliyin tərcüməçisi Dadaşovu da öldürdülər.

İkinci Rus-İran müharibəsi yenicə qurtarmışdı ki, bu hadisə yeni bir qarşıdurma yaranmasına səbəb oldu. Fətəli Şah bu qarşıdurmanı yoluna qoymaq üçün oğlu Abbas Mirzəni Peterburqa göndərdi. Tökülmüş qanların qarşılığında o, şah xəzinəsinin ən nadir incisi olan məşhur «Şah» almazı imperatora apardı. Ətrafına çoxlu sayda rubin və zümrüdlər düzülmüş bu almaz vaxtı ilə Böyük Monqolların tacını bəzəmişdi. Son vaxtlar Nadirxan şahın qənimətinə çevrilmişdi və Şahın xəzinəsində saxlanılırdı.

A.Qriboyedovun nəsini öküz arabasında Gürcüstana gətirib Müqəddəs David monastırında dəfn etdilər. Öldürülmüş digər iyirmi iki əsgər və səfirliyin əməkdaşlarını Tiflis şəhərinin kənarındakı ümumi qəbirstanlıqda, adsız qəbirlərdə dəfn etdilər. Onlara nəinki başdaşı, heç burada kimin dəfn olunduğu haqda heç bir məlumat yazılmadı.

Rus hakimiyyəti, imperatorluğun daxili işlər və xarici işlər nazirlikləri, özünün pravoslav qurumları ilə baş vermiş bu cür onların fikirləri ilə «xırda» hadisələrə diqqət yetirmədilər. Əksinə, erməni ailələrinin Zaqafqaziyaya köçürülməsini davam etdirdilər, üstəlik də onlar üçün rəsmi surətdə dini, idarəçilik, sivil ictimai-sosial qurumlar yaradırdılar.

1836-cı ildə Rus sinodunun xüsusi qərarı ilə keçmiş Alban-xristian kilsələri və sonuncu Xaçen knyazlığının Gəncəsar dini mərkəzi Üməsciddəki erməni patriarxlığına birləşdirildi. Bununla da Şərqi Azərbaycanın İrəvan və Qarabağ xanlıqlarının ərazisində gəlmə erməni əhali üçün rəsmi ruhani hakimiyyət yaratdılar. İrəvan yaxınlığındakı Üçməscid (bu məscidlər ərəblər tərəfindən orta əsrlərin ilk əvvəllərində inşa edilmişdi) qəsəbəsi ümumerməni dini mərkəzi elan edildi. Buna qədər heç bir dövlət öz ərazisində ermənilər tərəfindən belə bir mərkəzin yaradılmasına icazə verməmişdi. Bu dövrdə Azərbaycan özünün ərazisində öz dövləti olmadığından rus qəsbkarlarına qarşı çıxa bilmədi. Nəticədə Rus pravoslav kilsəsinin ermənilərin Zaqafqaziyaya köçürülməsi siyasəti daha da gücləndi. Ermənilərin İran və Türkiyədən köçürülməsi  kütləvi şəkil aldı. Azərbaycan İrəvanından erməni katalikosu dünyada yaşayan bütün ermənilərə buradan göstərişlər verməyə başladı. Əgər 1836-cı il tarixinə Şimali Azərbaycan ərazisinə köçürülmüş ermənilərin ümumi sayı 80 min nəfər təşkil edirdsə, artıq Qarabağa ermənilərin sayı 29 min nəfəri ötmüşdü ki, bu da Qarabağ əhalisinin 24% demək idi. Erməni köçünün Azərbaycan ərazisinə güclü axını 1871-1878-ci illər, 1893-1894-cü illər və XIX əsrin sonu, XX əsrin əvvəllərində baş vermiş bir sıra türk-erməni silahlı qarşıdurmasından sonra baş vermişdi. Bütün bunlar rəsmi rus-erməni terrorizminin, xüsusi xidmət orqanlarının, yaxşı təmin və təchiz edilmiş hərbiləşdirilmiş fəaliyyətinin davamı idi. Bunların birgə fəaliyyətinin bir çox səbəbləri və məqsədləri vardı:

Birincisi, Osmanlı imperiyasını daxildən zəiflətmək, ikincisi, osmanlıların özlərinin və bütövlükdə Osmanlı imperatorluğunun satqın ermənilərin pozucu fəaliyyətinə uzun müddət dözə bilməyəcəyini və cavab ölçüləri götürəcəyini və bu zaman türklərin qisas alacaqlarından qorxub gizlənən ermənilər rus sərhədlərinə doğru qaçaraq, rusiyanın Cənub qoşun qrupları, Rus xüsusi xidmət orqanları tərəfindən tutulub saxlanılacaqlarını və Qafqazın lazımi yerlərində yerləşdiriləcəklərini bilirdilər. Bununla da ermənilərin Şimali Azərbaycana axını, əsil ekspansiyası başlandı. Rus hərbi və siyasi rəhbərliyi həm də ermənilərdən Azərbaycan ərazisində qurduqları «Forpost» üçün ən ucuz material kimi istifadə edirdilər. Səfir Stupşin o vaxtlar yazırdı: «Onlar (ermənilər) belə bir şaiyə yaymışdalar ki, guya osmanlılar onları ələ salır, erməni xalqı imperiyada tullantı rolundadı, onları istədikləri vaxt öldürürlər, yaşadıqları yerlərdən qovub çıxarırlar və s. – bu adi yalandır, özlərini əsassız iddialarını pərdələmək üçün düşünülmüş bir vasitədir…»

Qaldı ki, yerli əhali ilə ermənilərin münasibətlərinə – ermənilərin silahlı çıxışlarına, türklərlə silahlı toqquşmalarına, Rusiya və digər Avropa dövlətlərinin xüsusi xidmət orqanlarının erməniləri fəal surətdə dəstəkləməsinə, bütün bunlar haqqında dəqiq məlumatlar vardır. Bu ölkələr, erməni kilsəsinin keşişlərini və Türk ordusunda xidmət edən milliyyətcə erməni olan generalları maliyyə cəhətdən təmin edirdilər. Osmanlı imperiyasını parçalamaq, onu daxildən zəiflətmək siyasəti onların əsas məqsəd idi və məlum olduğu kimi iftira, böhtanlarla dolu fəaliyyətləri ilə buna az da olsa nail ola bilmişdilər. Rus-Osmanlı cəbhəsinin bu tərəfində heç bir erməni dövlət quruluşu olmamışdı. Təkcə 1829-cu ildə «İrəvan erməni mədəni muxtariyyatı» elan edilmiş və 1836-cı ildə yaradılmış «Üçməscid ümumerməni dini mərkəzin»dən başqa bir qurumun olmaması səbəbindən özlərini «alçaldılmış» hesab edən ermənilər arxalandıqları rusların köməyi ilə Şimali Azərbaycanın ərazilərinə axışmağa başladılar. Bu vaxta qədər ermənilərin heç bir idarəetmə hökuməti struturuna rast gəlinməyib. Rus hökumətinin görünür XX əsrə qədər belə bir qurumun yaradılmasına ehtiyacı olmamışdı. Lakin iyirminci əsrin iyirminci illərində rus bolşevikləri və köçürülmüş ermənilər Şimali Azərbaycanın ərazisində özləri üçün bir dəfəyə iki dövlət qurumu yaratdılar: biri keçmiş İrəvan xanlığının ərazisində Ermənistan Sovet Sosialist Respublikası, digəri, keçmiş Qarabağ xanlığının dağlıq hissəsində Dağlıq Qarabağ Muxtar vilayəti. Bu torpaqlara heç bir qanuni hüququ olmayan ermənilər, rəsmi Sovet Respublikası statusu aldıqdan sonra, xüsusilə Avropadakı diaspor cəmiyyətləri bütün ölkələrin qapılarını döyərək, zərərçəkmiş bir xalq kimi hamıdan yardım, kömək istəməyə başladılar. Osmanlı imperiyasının bir çox keçmiş düşmənləri guya qırğına məruz qalmış ermənilərin müdafiəsinə qoşuldular. Osmanlı dövlətinə qarşı düşmən olanları ermənilər öz tərəflərinə çəkə bildilər və «bir ideya uğrunda» birləşə bildilər.

Tanınmış ingilis yazıçısı, tarixçi alim Kerolayn Finkel on beş ildən artıq İstanbulda yaşayaraq türk və erməni tərcüməçilərin vasitəsi ilə Türkiyənin arxivlərində işləyib araşdırmalar aparmışdır. O, «Osmanlı imperiyasının tarixi» kitabında yazır: «…Ermənilərin bir çoxu Rusiyanın Osmanlı imperiyası ilə müharibədə qələbə çalacağı təqdirdə onlara müstəqil dövlət quracaqları imknalarının yaradılacağı fikrində idilər və rus təbliğatı da bu məsələdə onlara köməklik göstərirdi. Müharibənin elə ilk ilində ruslar Kiçik asiyanın Şimal-Şərqində öz Türk dövlətinə qarşı döyüşən erməni üsyançılarını silahlandırır onları hərbi sursatla təmin edirdi. Bu üsyançıları İstambulda xainlər hesab edirdilər. 25 fevral 1915-ci ildə Sarıqamış rayonunda Ənvər Paşanın rəhbərliyi ilə aparılan əməliyyat müvəffəqiyyətsizliyə uğradı. Rusların hücuma başlamasından əvvəl orduya erməni millətindən olan əsgərlərin tərksilah edilməsi haqqında əmr gəldi. Buna səbəb ermənilərin etibarsızlığı idi, çünki istənilən vaxtı onlar rus ordusuna qoşulub silahlarını Osmanlı ordusuna qarşı çevirə bilərdilər. Yardımçı batalyonlara köçürülmüş ermənilər hərbi hissələrin maddi-texniki təchizat və sair təsərrüfat işlərinə cəlb edildi. Bununla da ermənilər müsəlman əsgərlərin tam nəzarətinə keçdi. Bu və digər tədbirlərə baxmayaraq müharibənin ilk aylarında silahlı ermənilərin Kiçik Asiyadakı dövlət idarələrinə hücumları ara vermirdi. Burada olan dövlət nümayəndələrinə, müsəlman dinindən olan yerli mülki əhaliyə divan tuturdular. 1915-ci ilin 24 aprelində cəbhədə vəziyyət mürəkkəbləşməyə başladı. Hökumət erməniləri rus-türk cəbhəsindən uzaqlaşdırmaq məqsədi ilə onları Suriya və İrak ərazilərinə köçürmək qərarına gəldi. May ayının ortalarında rus-erməni birləşmələri Van şəhərinə yaxınlaşdıqdan sonra vəziyytə daha da kəskinləşdi. Van şəhərindən Türk qarnizonu çıxarıldıqdan və yerli əhali tam məhv edildikdən sonra erməni «dövləti» elan edildi. May ayının 27-də hökumət «köçürülmə haqqında qanun» qəbul etdi. Bundan sonra hərbi hakimiyyətə ermənilərin Van gölünün ətrafından, Van vilayətindən cənuba, cənub-şərqə Kiçik Asiyaya köçürmək hüququ verildi».

Osmanlı tarixi bir çox mübahisəli epizodlarla zəngindir. Bunların içərisində «erməni məsələsi» ayrıca müzakirə mövzusu olsa da həm həvəskar, həm də tədqiqatşı  tarixçilər arasında hələ də açıq mövzudur. Bu gün bu «suala» cavab tam olaraq, həqiqətənmi bu baş verənlər genosid kimi dəyərləndirilməlidir sualından asılıdır (bu terminin əsil mənası qızğın mübahisələrə səbəb olur, baxmayaraq ki, BMT-də 1948-ci il genosid haqqında konvensiya qəbul edilib). Ermənilər bir çox ölkələrə öz absurd fikirlərini, olmayan hadisələri «genosid faktı» kimi qəbul etdirsələr də Türkiyə qanunları bir sıra mübahisəli mülahizələri əsas götürür: o dövrdəki hakimiyyətin insanların kütləvi şəkildə öldürülməsi qərarını verməsi ideyası absurddur; müharibə zamanı ermənilərdən çox türklər öldürülüb; ermənilərin beşinci kalonunun fəaliyyəti onların deportasiyasını qaçılmaz etdi; hal-hazırda İstanbulda fəaliyyət göstərən erməni cəmiyyəti təsdiq edir ki, bütöv xalqın məhv ediliməsi hökumətin planlarına daxil deyildi, deməli «genosid» termini burada yerində işlədilməyib; kimlərin bu hadisələrdə günahkar olduğunu, kimlərin hərbi cinayətlərdə şübhəli olduqlarını müəyyənləşdirmək üçün yaradılmış hərbi tribunal qeyri-qanunidir, belə ki, o zaman İstanbul müttəfiqlər tərəfindən işğal edilmişdi. Heç şübhə doğurmur ki, münaqişədə hər iki tərəf böyük itkilər verib. Ancaq ermənilərin genosid edilməsi haqda heç bir arxivdə, o cümlədən Türkiyənin arxivlərində bu haqda nə faktlar, nə də sənədlər yoxdur.

Bircə aydın olan odur ki, «ermənilərin genosidi» məsələsi beynəlxalq aləmdə Türkiyənin müxtəlif ölkələrlə olan əlaqələrini korlayır. Eləcə də ermənilər özlərinin sürünə-sürünə yaşadıqları həyatını daha da çətinləşdirir. Türkiyə ilə həmsərhəd olması, digər tərəfdən Türkiyənin müttəfiqi olan qonşu Azərbaycanla müharibə aparması, heç də Ermənistanın gələcək taleyi haqqında yaxşı bir şey vəd etmir.

* * *

Bir çox qədim Alban mədəniyyətini və tarixini araşdıran tədqiqatçılar, Qafqaz Abaniyasının əhalisinin «qafqazdilli ağvanlardan (ağvan, alban) ibarət» olduğu qeyd edirlər. Bir çox yerlərdə Ağvan, b.e. IV əsri, Ağvan b.e. V əsri yazırlar. Bəs buna qədər? Adətən nəyinsə, kiminsə tarixi həmişə vacib üç dövrə ayrılır: başlanğıc, orta və son dövrlər. Yuxarıda, ağvanların tarixi haqqındakı dediyimiz qeydlər sadəcə tarixdən götürülmüş çıxarışlardır. Nə üçün? Ona görə ki, məsəl üçün, səkkizinci əsrdən Azərbaycan ərəblər tərəfindən işğal edildi. XIII əsrin ikinci yarısından XV əsrin iyirminci illərinə qədər monqol dövləti olan Hulakülər hakimiyyətdə oldular. Qəsbkarlar gəldilər, getdilər, yaxud onları zorla torpaqlardan çıxardılar fərqi yoxdur. Yerli əhali elə çoxsaylı azərbaycanlılar olaraq qalırdı; nə qafqazdilli fars olmadılar, nə qafqazdilli ərəb, nə qafqazdilli monqol; fakt odur ki, azərbaycanlı idilər və azərbaycanlı olaraq qaldılar.

Yaxud, XIX əsrin başlanğıcından XX əsrin sonunca onilliyinə qədər  Azərbaycanın Şimal hissəsi rusların hakimiyyəti altında idi. Hətta bütün ölkə rusların quberniyası elan edilmişdi. 180 il dövlət dili rus dili olan rus qubernatorluğu, 70 il rus-sovet respublikası zamanı da yerli əhali qafqazdilli ruslar olmalıdırlar ki?! Eləcə də burada fars və türk hakimiyyətləri müəyyən vaxtlarda hakimiyyətdə oldular. Böyük bir xalqın milliyyətini, dilini, dinini dəyişmək üçün daha uzun bir dövr və nə isə qeyri-adi bir şeylər lazımdır. Bu xalqın milliyyətini, dilini və insanları tipini dəyişmək üçün, antropoloqların, etnoqrafların, arxeoloqların dediyi kimi azı milyon il lazımdır.

Əgər bu xalq həmin illəri yaşayıb məhv olmasa, inkişafdan qalsa, yalnız o halda bu mümkün ola bilər. Daha bir misal: Cənubi azərbaycanlılar kiçik fasilələrlə 5 min ildən artıqdır ki, farsların hakimiyyəti altındadırlar. Fars dilində təhsil alsalar da azərbaycandilli, Azərbaycan ənənəsini yaşadan azərbaycanlı olaraq qalırlar.  Bu torpaqlarda işğalçılar, istilaçılar öz dövlət üsul-idarəçiliyini, təhsil strukturunu qurur ,yerli əhalini özləri düşündükləri kimi adlanıdırır, onların bütün həyat şəraitinə, adət-ənənələrinə müdaxilələr etməyə çalışırdılar. Öz dinlərini və ənənələrini tətbiq etməyə çalışırdalar. Uzun illər Azərbaycan ərazisində zərdüştlük, atəşpərəstlik, bütpərəstlik, xristianlıq, islam dinləri kimi dinlər mövcud olmuşdur. Görünən tərəf odur ki, bunlardan hansısa uzun illər burada yaşamağa müvəffəq olub öz izini qoya bilmişdi, kimlərsə bu torpaqlardan getdikdən sonra irsiz-soraqsız itmişdi. Maraqlı burasıdır ki, Azərbaycanı işğal edən heç bir işğalçı hakimiyyət  minlərlə öz vətəndaşını bu torpaqlarda yerləşdirmədi, bu torpaqlarda yaşamaq üçün bu yerlərə köçürmədi, öz etnoslarını bu xalqın içərisinə yeritmədi. Bunu ancaq Azərbaycan torpaqlarını işğal etmiş ruslar qonşu ölkələrdən erməni ailələrini köçürməklə etdilər. Şimali Azərbaycanın yazılı tarixində erməni ailələrinin, erməni quldur dəstələrinin İrandan, Türkiyədən köçürülməsi haqqında rəsmi sənədlər mövcuddur. Bu sənədlərdə rusların məkri siyasəti, niyyətləri və məqsədləri haqqında hər şey açıq-aydın qeyd olunub. Baxmayaraq ki, həmin dövrdə Şimali Azərbaycan ərazisinə kiçik dəstələrlə malakanlar və almanlar da köçürülmüşdü, ancaq ermənilərin kütləvi surətdə bu torpaqlarda yerləşdirilməsi çar Rusiyasının mənfur siyasətinin Azərbaycan xalqına qarşı, misli görünməmiş böyük bir xəyanəti idi. Bu ölkənin tarixində millətlərin bu dərəcədə kütləvi surətdə başqa bir ölkənin ərazisindən, başqa bir millətin nümayəndələrinin Şimali Azərbaycan ərazisinə köçürülməsinə heç bir sənəddə rast gəlinmir. Əgər bu ölkənin tarixi etnos və toponimlərinin və ya yer adlarının, sözlərin etimologiyası, tarixi ilə maraqlanan olsa Azərbaycanın qədim abidələrinə də nəzər salmağı məsləhət görərdik. Bu abidələr ölkənin, xalqın tarixini özündə qoruyub saxlayır və yaşadır.

Dağlıq Qarabağa yerləşdirilmiş rus və erməni əhalisi dini liderləri, işğalçılar və gəlmələr, bu torpaqlarda çox şeyləri dəyişdirməyə çalışdılar. Daşlar üzərində yazılmış Alban tarixini əks etdirən yazıları daşların yaddaşından silib məhv etdilər. Onların yerinə öz əlifbaları ilə özlərinə uyğun yazılar yazdılar.Yerli xalqın qədim tarixini həyasızcasına öz adlarına çıxdılar, dağlıq Qarabağın guya onların qədim torpaqları olduğunu dünyaya sırımaq istədilər…

Rusların xristian həmrəyliyi və erməni tacirlərinin rus çarına verdiyi hədiyyələrin hesabına Şimali Azərbaycan torpağına təkcə erməni ailələri deyil, onlarla birlikdə bu torpaqlara Böyük bəla gəldi: uzun illər bu bəladan qurtarmaq, Azərbaycanın bağrında qara yaraya çevrilmiş erməni məkrindən, hiyləgərliyindən qurtara bilmədik, qurtara bilmədikcə onların həyasızlığı, iştahası daha çox artdı. Daha çox torpaqlarımıza, daha geniş ərazilərimizə göz dikdilər…

Nəhayət ki, gəlmə ermənilərin ucbatından mənəvi və maddi əzablara düçar olmuş Azərbacan, öz torpaqlarının əsl sahibi olduqlarını bütün dünyaya bildirdi…

Əliağa CƏFƏROV,

Filologiya elmləri doktoru , professor

Zəngəzur-Qubadlı strateji araşdırmalar mərkəzinin direktoru.

araz.az xəbər portalı.