экрана 2022 01 14 141706Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin Rusiyaya məxsus ilk desant bölməsi Qazaxıstandan qayıdıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sülhməramlılar “İl-76MD” markalı 4 hərbi təyyarə ilə İvanovo-Severnı aerodromuna eniş ediblər.

Qeyd edək ki, KTMT hərbi kontingentinin tam olaraq 19 yanvar tarixinədək Qazaxıstan ərazisindən çıxarılması planlaşdırılır. 

Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri ordu generalı Sergey Şoyqunu qəbul edib.

Görüşdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı kontingentinin Qazaxıstandakı missiyasının başa çatdığı elan olunub.

“KTMT-nin sülhməramlı kontingenti Qazaxıstanda vəziyyətin stabilləşməsində çox vacib rol oynayıb. Artıq evə qayıtmaq lazımdır. Biz öz missiyamızı yerinə yetirdik”, – Putin qeyd edib.

Müdafiə naziri Sergey Şoyqu isə sülhməramlı kontingentin yanvarın 19-na qədər Qazaxıstandan tam çıxarılacağını, sabah Ermənistan, Tacikistan və Belarus sülhməramlılarının Rusiya təyyarələri ilə ölkəni tərk edəcəyini vurğulayıb.

O, KTMT hərbçilərinin Qazaxıstanda 14 sosial əhəmiyyətli obyekti nəzarət altına aldığını da qeyd edib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.