metbuat tedbir 140122 01Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.

Şuradan araz.az bildirilib ki, Komissiya “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın “Gündemxeber.az” saytına qarşı şikayətini araşdırıb. Sayt təmsilçisi bildirib ki, narazılığı nəzərə alaraq Mehriban Zeynalovanın mövqeyi saytda yerləşdirilib. Bununla da məsələ öz həllini tapıb.

Azərbaycan Dövlət Aqrar Universitetinin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elcan Məmmədovun “Aktualxeber.az” saytına qarşı şikayəti araşdırılarkən bəlli olub ki, “Aktualxeber.az” saytında Azərbaycan Dövlət Aqrar Universiteti haqqında qısa müddət ərzində yeddi material dərc edilib. Materialların heç birində qarşı tərəfin rəyi öyrənilməyib, ittihamedici bilgilərin dəqiqləşdirilməsinə təşəbbüs göstərilməyib. Qarşı tərəfin öz mövqeyini ifadə etmək üçün göstərdiyi təşəbbüslər, sayt redaksiyasına edilən müraciətlər də cavabsız qalıb. Beləliklə, Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının (AJPDQ) birinci və ikinci prinsipləri pozulub. Komissiya müəyyən edib ki, “Aktualxeber.az” saytında dərc edilən materiallar AJPDQ ilə yanaşı, Azərbaycan qanunlarının da pozulması ilə müşaiyət olunur. MŞ adından sayta ciddi xəbərdarlıq edilib. Media orqanına qarşı tərəfin öz mövqeyini ifadə etməsi üçün şərait yaradılması tövsiyə edilib.

Bakı şəhər sakini Xalid Abuzərlinin “Demokrat.az” saytına qarşı şikayətini araşdırarkən bəlli olub ki, saytın yayımladığı materialda qarşı tərəfin rəyi öyrənilməyib. “Demokrat.az”ın təmsilçisi Malik Liftiyev bildirib ki, bunu yerinə yetirməyə hazırdırlar.

Bakı şəhər sakini Fuad Əliyevin “Fakt və Problemlər hüququ”nun baş redaktoru Saleh İbrahimoğluna qarşı şikayəti araşdırılarkən bəlli olub ki, “Fakt və Problemlər hüququ” adı ilə fəaliyyət göstərən subyektin rekvizitləri yoxdur. Onunla əlaqə saxlamaq imkansızdır. Şikayətçiyə tövsiyə edilib ki, hüquq mühafizə orqanlarına müraciət etsin.

Komissiya üzvləri telejurnalist Günel Gözəlovanın “Buta” klinikasının uroloq-androloqu Araz Bayramova qarşı şikayətinə də baxıb. Şikayətçiyə bildirilib ki, tərəflər arasındakı mübahisə hüquq-mühafizə orqanları müstəvisində araşdırlır.

Komissiya həmçinin Avropa Azərbaycan Konqresinin bir qrup internet media orqanına qarşı şikayətini də nəzərdən keçirib. Mövcud xüsusda bildirilib ki, sözügedən qurumla əlaqədar materiallarda birtərəfli təqdimata yol verilib. Bu, peşə prinsiplərinin pozulmasıdır. Belə olan halda hətta dəqiq bilgilər də cəmiyyətə çatsa, jurnalistika dəyərləri gözlənilməmiş sayılır, obyektivlik şübhə altına alınır, qərəz motivləri üzə çıxır ki, bunlar isə medianın ictimai missiyasına zidd təmayüllərdir.

[bt_slider uid=”1642238535-61e292475989b” target=”_blank” width=”400″ crop=”no” thumbnail_width=”400″ thumbnail_height=”400″ show_title=”no” centered=”yes” arrows=”yes” pagination=”bullet” autoplay=”5000″ speed=”600″][bt_image src=”images/bt-shortcode/upload/metbuat_tedbir_140122_04.jpg” title=”metbuat_tedbir_140122_04.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/metbuat_tedbir_140122_05.jpg” title=”metbuat_tedbir_140122_05.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/metbuat_tedbir_140122_01.jpg” title=”metbuat_tedbir_140122_01.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/metbuat_tedbir_140122_07.jpg” title=”metbuat_tedbir_140122_07.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/metbuat_tedbir_140122_02.jpg” title=”metbuat_tedbir_140122_02.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/metbuat_tedbir_140122_03.jpg” title=”metbuat_tedbir_140122_03.jpg” link=”” parent_tag=”slider”][/bt_slider]

araz.az xəbər portalı.

araz.az xəbər portalı.