Silahlı Qüvvələrdən təqaüdə çıxmış, həmçinin MN, DİN, MTX, Ədliyyə pensiyaçılarının pensiyası diqqətdən kənarda saxlanması ciddi sosial narazılığa səbəb olmaqdadır. İlkin reaksiya Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən gəldi. Açıqlamada konkret mövqe bildirilib: «Bununla belə, hərbi qulluqçuların pensiyalarının onların təminat xərcliyinin artımı əsasında artırılması qaydasının guya ləğv edilməsi üçün təklif hazırlandığı barədə sosial şəbəkə səhifələrindən birində qeyd edilən məlumat yanlışdır.
Belə bir təklif mövcud deyil və düşünülmür də. Ümumiyyətlə pensiya təminatına dair qanunvericilikdə hərbi qulluqçuların pensiya gəlirlərlərinə mənfi təsir edə biləcək hər hansı bir dəyişiklik edilməyib. Əksinə 2019-cu ildəki sosial islahatlar çərçivəsində həmin şəxslərin pensiyalarında ciddi artım (orta hesabla 30%) tətbiq olundu».
Yəni 2019-cu ildən bəri adı çəkilən pensiyalara indeksasiyanın tətbiq olunmaması Maliyyə nazirliyinin yarıtmaz və bəlkə də məqsədli xidmətinin nəticəsidir. Məhz Maliyyə nazirliyi Zəfərin həmin sonrası hərbçilərin əmək haqlarına «əl gəzdirdi». Daha sonra 2019-cu ildən həssaslığı ilə seçilən bu sosial təbəqəni heç bir əsas olmadan artımlardan və indeksasiyadan kənarda saxlamaqdadır. Üstəlik, 2018-ci ildən başlayaraq pensiya məbləği infilyasiya səviyyəsinə deyil, orta aylıq əmək haqqındakı artım faizinə indeksasiya olunmasını qəbul edib. Pensiyaların indeksasiya mexanizminin təkmilləşdirilməsinə ehtiyac olmasına baxmayaraq, nazirlik əlini ağdan-qaraya vurmayıb. Yetən, nədənsə sosial narazılıqlara hesablanmış addımları «islahat» adıyla cəmiyyətə sırımağa çalışır. Digər bir tərəfdən isə «qənaət» dedikdə isə hər biri pensiyalar üzərində oynamağa çalışmaları işin görünən tərəfidir. Mütəxəssislər də bildirirlər ki, pensiya məbləğinin orta aylıq əmək haqqıdakı artıma deyil, əhalinin gəlirlərindəki artım faizinə indeksasiya olunması daha məqsədə uyğundur. Çünki, qeyri-rəsmi məşğulluq mövcud olduğundan orta aylıq əmək haqqıdakı artım gəlirlərin artımını tam ifadə edə bilmir.
Bu halda indeksasiya nəticəsində pensiya məbləğlərinin daha çox artmasının şahidi ola bilərik. Lakin bu istiqamətdə konkret olaraq heç bir iş görülmür.
Məsələn, əsasən qanunlarını kalka etdiyimiz Rusiyada bu faizlər hər il indeksasiya edilib. Pensiyaların indeksasiya faizlərlə (Rusiya) — 2010 (6,3%), 2011 (8,8%), 2012 (10,65%), 2013 (10,12% ), 2014 (8,31%), 2015 (11,4%), 2016 (4%), 2017 (5,8%), 2018 (3,7%), 2019 (7,05%), 2020 (6,6%), 2021 (6,3%).
Pensiyaların indeksasiya faizlərlə (Azərbaycan) — 2010 (5,7%), 2011 (7,9%), 2012 (1,1%), 2013 (2,4%), 2014 (1,4%), 2015 (4%), 2016 (12,4%), 2017 (5,7%), 2018 (2,9%), 2019 (16,6%), 2020 (11,4%). Maliyyə nazirliyi bu günədək hansı rəqəmi indeksasiya etdiyini açıqlasın.
“Prezident İlham Əliyevin imzaladığı ”Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında» Sərəncam sosialyönümlü xərclərin artırılmasına imkan verir. Yəni, milyardla ifadə olunan vəsaitin bu istiqamətdə yönəldilməsi nəzərdə tutulur.
2022-ci ilin dövlət büdcəsi artıq Milli Məclisdə təsdiq olunub. Büdcə xərclərinin 46.4 faizi sosial istiqamətə yönəldiləcək. Bu, müstəqillik illərində sosial xərclərin büdcə xərclərində ən böyük payıdır.
Yəni bu o deməkdir ki, növbəti il hər 100 manatdan 46.4 manatı sosial məqsəd üçün istifadə olunacaq.
Amma konkret olaraq pensiyaçı hərbçilərin və bu qəbildən olanların bundan yararlanmasının qarşısında Maliyyə nazirliyi, gah da ƏƏSMN müxtəlif əsassız oyunlar qururlar. Məsələn, ƏƏSMN rəsmi olaraq bildirir ki, hərbi qulluqçuların təminat xərcliyi artdığı halda onların pensiyalarında eyni artım baş verir, təminat xərcliyinə əlavə olunması isə qanunverciliklə onların pensiyalarında artımı şərtləndirmir. İstərdik ki, bu tip həssas mövzularda məlumatlar paylaşanlar əvvəlcə bunu aidiyyəti qurumla dəqiqləşdirsin, əks halda belə qeyri-səhih məlumatlar insanlarda çaşqınlığa, yanlış ictimai rəyin formalaşmasına səbəb ola bilər.
Hərbi ekspert Abuzər Əbilov “Bakı-Xəbər”ə verdiyi açıqlamada haqlı olaraq deyib: «İlk əvvəl açıqlamanın bütün mətni şablon sözlərdir. Axırda isə bir cümlə yazıb ki, bu artımlar pensiyaçılara şamil olunmur, yaxud da şərtləndirilmir. Bu nə deməkdir anlaya bilmirəm?
Nazirlik açıq izah etmir ki, pensiya artımı nə üçün hərbi təqaüdçülərə şamil olunmur? Bunu göstərin. İkincisi də, Hərbi Xidmət keçmə haqqında qanunda qara və ağla yazılıbdır ki, bütün artımların, əlavələrin hamısı ehtiyatda olan hərbi qulluqçulara və pensiyaçılara şamil olunur. Bu qanuna təpki göstərərək hansısa ağlagəlməyən şərtlər irəli sürmək, özündən hansısa “qanun”, “müddəalar” çıxarmaq birincisi, birmənalı olaraq qanuna, digər tərəfdən də ehtiyatda olan böyük hərbiçi pensiyaçılar kontingentinə böyük bir təpkidir. Burada hansısa 5-10 manatın, yaxud 50-60 manatın artmasından, iqtisadi baxımdan yüksəlməkdən söhbət getmir, burada mənəvi anlayış var. Baxın, görün hərbi pensiyaçılar kimlərdir? Birinci Qarabağ savaşını keçmiş, ondan sonrakı dövrlərdə düşmənlə üz-üzə durmuş, İkinci Qaarabağ müharibəsində də əksəriyyətinin maddi-mənəvi və digər yardımlar etdiyi bir kontingentdir”.
Hərbçi haqlı olaraq, hər kəsi maraqlandıran nüanslara toxunub. Ölkədə Respublika Qanunları olduğu halda hansısa bir nazir öz qərarıyla bu Qanunun müddəalarını dayandıra bilən əmr, göstəriş və qərar qəbul edə bilir. Buna son qoyulmalıdır. Konkret olaraq hazırda adı çəkilən nazirliklərin fəaliyyətində yüzlərlə belə fakt var.
2021-ci ildə inflyasiya orta hesabla 8-10 faiz həcmində olub. Amma 2019-cu ildən bəri Maliyyə nazirliyi hərbçilərə və bu qəbildən olan insanlara qarşı müharibə elan edib. Nədəni qeyri — rəsmi olaraq aydındır, amma rəsmi olaraq bir açıqlama vermək bunların borclarıdır. Bu ölkənin başında duran Ali Baş Komandan cənab İlham Əliyev hər 100 manatdan 46.4 manatı sosial məqsəd üçün ayırmağa çalışırsa, Maliyyə nazirliyi və ƏƏSMN əmrləri kimdən alırlar?
ƏƏSMN açıqlama verdi: «Dövlət başçısının 23 dekabr 2021-ci il tarixli Fərmanı ilə müvafiq qurumlarda hərbi və xüsusi rütbəli şəxslərin vəzifə maaşına 20% məbləğində əlavə edilib ki, bu əlavə həmin şəxslərin gələcəkdə pensiyası hesablanarkən nəzərə alınacaqdır. Lakin hərbi qulluqçuların təminat xərcliyi artığı halda onların pensiyalarında eyni artım baş verir, təminat xərcliyinə əlavə olunması isə qanunvericiliklə onların pensiyalarında artımı şərtləndirmir. İstərdik ki, bu tip həssas mövzularda məlumatlar paylaşanlar əvvəlcə bunu aidiyyəti qurumla dəqiqləşdirsin, əks halda belə qeyri-səhih məlumatlar insanlarda çaşqınlığa, yanlış ictimai rəyin formalaşmasına səbəb ola bilər».
Növbə Maliyyə nazirliyinindir…
2018-ci ildən başlayaraq pensiya məbləği infilyasiya səviyyəsinə deyil, orta aylıq əmək haqqındakı artım faizinə indeksasiya olunması qəbul edilib. Digər bir tərəfdən isə hərbi qulluqçuların pensiyalarının müvafiq qurumlarda hərbi və xüsusi rütbəli şəxslərin vəzifə maaşı ilə deyil, onların təminat xərcliyinin artımı əsasında artırılması qaydası tətbiq edilib ki, bu da mövcud qanunlara ziddir.
Hətta aldığımız məlumata nazirlik görə bu üsulun da ləğvi barədə baş sındırır…
Mövzuya qayıdacağıq…
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidməti
Fedai.az Araşdırma Qrupu
araz.az xəbər portalı.