elixan 1Tanınmış iş adamı Talıb Əlixanbəyova məxsus “ATEF Şirkətlər Qrupu” məhkəməyə verilib.

İş üzrə iddiaçı “Fortuna.F.M” şirkətidir.

araz.az  Kriminalqafqaz-a istinadən bildirir ki, Bakı Kommersiya Məhkəməsində hakim Səbinə Nuriyevanın sədrliyi ilə baxılan məhkəmə prosesi davam etməkdədir. İddiaya görə, şirkət müqavilə üzrə qarşı tərəfə verdiyi malların ödənişlərini ala bilməyib.

Qeyd edək ki, “ATEF Şirkətlər Qrupu” transformator istehsalı ilə tanınır. Şirkətin nizamnamə kapitalı 34 milyon manata yaxındır. Qanuni təmsilçisi isə tanınmış iş adamı Talıb Əlixanbəyovun oğlu Emil Əlixanbəyovdur. Şirkətin Müşahidə Şurasının sədri də elə T.Əlixanbəyov özüdür.

T.Əlixanbəyov həm də Yeni Azərbaycan Partiyasının Suraxanı təşkilatının İdarə Heyətinin üzvüdür. Bu günə olan rəsmi məlumata görə, “ATEF Şirkətlər Qrupu”nun dövlət büdcəsinə 5 milyon manata yaxın vergi borcu var.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.