ilkinpireli1 1Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlanıb. Siyahıda ümumilikdə 39 sayt yer alıb. Qaliblər sırasında “Pravda.az” xəbər portalı da var.

Saytın baş redaktoru İlkin Pirəli obyektiv qiymətləndirməyə görə Agentlik tərəfindən cəlb edilmiş müstəqil ekspertlərə minnətdarlığını bildirib.

O qeyd edib ki, Agentliyin atdığı addımlar media subyektlərinin ayrı-ayrı şəxslərdən asılı olmaması üçündür: “KİV-in maliyyələşdirilməsi dünya praktikasında var. Bu, təbii ki, şəffaf şəkildə həyata keçirilməlidir. Medianın İnkişafı Agentliyi də prosesi tam şəffaf həyata keçirir. Məsələn, əvvəllər praktikada müsabiqənin bu formada təşkili olmayıb. Sənədlər belə onlayn formada göndərilir, yəni burada ünsiyyət yoxdur… Tam obyektiv yanaşma ortaya qoyulub”.

Baş redaktorun sözlərinə görə, ümumlikdə media sahəsində islahatlar 2 ilə yaxındır, başlayıb: “Bu, artıq özünü göstərməkdədir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” imzaladığı fərman uğurla icra olunur. Bunun nəticəsidir ki, cəmiyyətdə mediaya müsbət mənada baxış da dəyişib, bu da sağlam mühitin formalaşdırılması ilə əlaqədardır. MEDİA-nın həyata keçirdiyi işlər KİV-in daha da güclənməsinə xidmət edir. Fəaliyyətə uyğun qərar verilir. Əminik ki, bu cür fəaliyyət davam etdiriləcək. Növbəti mərhələ “Media haqqında” qanunun qüvvəyə minməsidir. Bununla da media sahəsi tam qaydaya düşəcək. Bu yolda hər kəsə uğurlar arzu edirik”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.