“Nar”ın dəstəyi ilə, “Canli kitab” layihəsi çərçivəsində, dünya və Azərbaycan ədəbiyyatından 64 müəllifin 550-dən artıq əsəri ana dilimizdə audiokitab şəklində “YouTube” kanalında yerləşdirilib. Bu barədə, şirkətdən araz.az-a daxil olan məlumatda bildirilir ki, mütaliəyə marağı olan hər kəs müxtəlif janrlarda və həcmlərdə olan bədii əsərləri, “Nar”ın yüksək keyfiyyətli interneti vasitəsilə, “Canlı kitab” kanalının “YouTube” səhifəsindən izləyə bilərlər.
Məlumatda deyilir ki, səsli ədəbiyyat kitabxanasının yaradılmasında məqsəd mütaliəni təlqin və kitabları hər kəsə daha əlçatan etməkdir. Eyni zamanda, görmə məhdudiyyətli şəxslərin mütaliəsi üçün imkanlar açmaqdır. İstifadəçilərin rahatlığı və ödənişsiz istifadəsi üçün audiokitabxana “YouTube” platforması üzərindən yaradılıb. Layihə çərçivəsində əsərlərin toplandığı elektron daşıyıcıların görmə məhdudiyyətli şəxslərə paylanması nəzərdə tutulur.
Qeyd edək ki, layihə həftənin şənbə və bazar günləri saat 12:00-dan 14:00-dək “Radio Antenn” 101.1 FM dalğasında, eyni zamanda radionun və “Canlı kitab” verilişinin rəsmi “Facebook” səhifələrində canlı yayımlanır.
Ümumiyyətlə, “Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq, qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar”, ölkədə ilk dəfə olaraq, 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91 faizini əhatə edir və 8780-dan artıq baza stansiyası ilə, 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində, səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.