Qətldən bir neçə gün sonra onların hüquqi varisi Niyaməddin Kərimov onu qəbul edən Vahid Məmmədlinin istintaqa təzyiqləri barədə danışmışdı və bu dialoqun səs yazısı Baş Prokurorluğa təqdim edildikdən sonra V. Məmmədli barəsində xidməti yoxlama başlanmışdı.
araz.az xəbər verir ki, prokurorun hərəkətləri barədə N.Kərimovun müraciəti əsasında Xidməti araşdırmalar idarəsində aparılan yoxlama materialı Vahid Məmmədlinin intizam məsuliyyətinə cəlb edilməsi üçün Etik Davranış Komissiyasına göndərilib.
Qeyd edək ki, daha öncə saytda Niyaməddin Kərimovun müraciəti üzrə yayımladığımız həmin səs yazısında Vahid Məmmədli qətli törədən Nürəddin Kərimov və oğlu Kənan Nuroğlunun arxasında Baş Prokurorluğun Təşkilat-Analitik İdarəsinin prokuroru Ədalət Həşimov və Zərdab rayonunun keçmiş prokuroru Hüseynxan Əliyevin durduğunu iddia edirdi.
[bt_youtube url=”=’https://www.youtube.com/embed/xOcyhrScg74′ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]N.Kərimov bildirirdi ki, görüş zamanı prokuror Nürəddin Kərimov və Kənan Nuroğluna himayədarlıq etdiyini etiraf edib: “Vahid Məmmədli dedi ki, həmin şəxsləri yaxşı tanıyır, onlara əvvəllər bir neçə dəfə, o cümlədən bıçaqlanma hadisəsində və narkotiklə bağlı hadisədə köməklik edib”.
N.Kərimov əlavə edib ki, 2020-ci ildə prokurorun hərəkətlərindən Baş Prokurorluğa şikayət edəndə Vahid Məmmədli feysbuk hesabında status yazaraq adlar çəkəcəyi ilə bağlı kimlərisə hədələyib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.