1643388089 komandan12Azərbaycan erməni işğalçılarına qarşı 44 günlük Vətən müharibəsində hərbi, siyasi, eləcə də diplomatik və informasiya sahəsində qələbə qazandı.

Prezident İlham Əliyevin İkinci Qarabağ savaşı müddətində və postmüharibə dövründə dünyanın müxtəlif nüfuzlu informasiya vasitələrinə verdiyi müsahibələr xalqımızın Zəfər çalmasında son dərəcə mühüm rol oynadı. Prezident İlham Əliyev 30-a yaxın xarici KİV nümayəndələri ilə müsahibələrində Azərbaycanın haqlı mövqeyini, müharibənin səbəblərini siyasi uzaqgörənliklə dünya auditoriyasının diqqətinə çatdırırdı. Odur ki, Prezident İlham Əliyev Vətən müharibəsində Azərbaycanın təkcə silahlı ordusunun deyil, eləcə də informasiya savaşının önündə getdi.

araz.az  Pravda.az-a istinadən bildirir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşir oğlu açıqlamasında deyib ki, Azərbaycan 44 günlük Vətən müharibəsindəki tarixi qələbəsi ilə öz iradəsi və potensialını nümayiş etdirdi.

 

“İkinci Qarabağ savaşında yüksək səviyyədə aparılan informasiya müharibəsi Azərbaycanın Zəfər çalmasına zəmin yaratdı” - RƏY
Onun sözlərinə görə, Azərbaycan xalqı Prezident İlham Əliyevin strateji baxışlarına güvənərək onun rəhbərliyi altında öz sözünü dedi, bütün dünyaya nümayiş etdirdi ki, heç bir halda torpaqlarının bir qarışından belə imtina etməyəcək: “Həmin müddətdə Ermənistanın saxta təbliğat maşını artıq keçmişdə qalmış münaqişə vəziyyəti ilə bağlı həqiqətləri təhrif edirdi. Son illərdə Ölkə Prezidenti bütün mötəbər tribunalardan Azərbaycanın ədalətli mövqeyini dünyaya çatdırmaqla yanaşı, həm də qəbul etdirməyi də bacardı. Əslində, Vətən müharibəsinə qədər bizim qələbəmizin siyasi əsasları və elementləri artıq mövcud idi. Azərbaycan onun ardınca da hərbi qələbə qazanaraq torpaqları işğaldan azad etdi. Təbii ki, bu vəziyyətdən beynəlxalq informasiya müstəvisində Ermənistanın təcavüzkar dövlət mahiyyətini, işğalçı dövlət olmasını dünyaya çatdırmaq vacib məsələlərdən biri idi. Bunu bizim tarixi qələbəmizi möhkəmləndirən element də hesab etmək olar. Təsadüfi deyil ki, Prezident İlham Əliyev müharibə dövründə, elə ondan sonra da dünyanın ən mötəbər media orqanlarına müsahibələr verərək münaqişə vəziyyəti ilə bağlı həqiqətləri davamlı olaraq dünyaya çatdırırdı. Prezident müsahibələrində o qədər ciddi arqumentlərə istinad edirdi ki, onun söylədiklərini qəbul etməmək mümkün deyildi. Bu faktor Azərbaycanın informasiya mübarizəsində mövqelərini möhkəmləndirirdi. Azərbaycanın mühüm strateji addımlarından biri də ondan ibarət idi ki, dünyanın müxtəlif ölkələrindən olan jurnalistlər Azərbayanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri işğaldan azad olunmuş ərazilərə intensiv şəkildə səfərlər edirdilər. İnformasiya müharibəsində bu da çox mühüm rola malik idi. Yəni, Dövlət Başçısının addığı hər addımında həm də informasiya müharibəsinin elementi var idi. Misal üçün, torpaqlarımız işğaldan azad edildikdən sonra Prezident dəfələrlə həmin ərazilərə səfərləri zamanı sükan arxasından erməni vandalizminin izlərini nümayiş etdirirdi. Təbii ki, Azərbaycan Prezidentinin hər bir səfəri, hər sözü dünya mediası tərəfindən yaxından izlənilir. Ona görə də əminliklə qeyd etmək olar ki, Prezident işğaldan azad edilmiş ərazilərə səfəri zamanı informasiya müharibəsini də həyata keçirirdi. Ermənistanın Azərbaycan torpağında törətmiş olduğu cinayətləri dünyaya təqdim edirdi. Çox mühüm bir məqamı da xatırlatmaq istərdim: Şuşa Bəyannaməsinin imzalandığı ərazi dağıntılardan ibarət idi. İki dövlət başçısının bəyannaməni imzaladıqları yerin fonu məhz Ermənistanın törətmiş olduğu dağıntılar idi. Bu tarixi hadisə dünya mediası, dünya ictimaiyyəti tərəfindən çox yaxından izlənilirdi. Ona görə də Ermənistanın vandalizminə məruz qalmış məkanın fon kimi seçilməsi təsadüfi deyildi. Cənab Prezident burada da strateji baxış sərgiləyərək Ermənistanın törətdiyi dağıntıların izlərini də dünyaya növbəti dəfə nümayiş etdirdi. Bir sözlə, Azərbaycanın beynəlxalq informasiya məkanında mövqelərini inamla qoruyaraq Ermənistanın təcavüzkar dövlət obrazını dünyaya tanıtmaqda davam edir. Ona görə də hərbi qələbəmizin ardınca informasiya mübarizəsində qazandığımız qələbəmizin əlamətləri də göz önündədir. Bundan sonra isə Ermənistanın həqiqətləri təhrifetmə istiqamətdəki fəaliyyəti ya tam nəticəsiz, ya da çox zəif olacaq”.
Deputat Elman Məmmədov isə bildirib ki, Azərbaycanın zəfərlə başa vurduğu Vətən müharibəsində ölkəmizin ən güclü silahlarından biri də onun informasiya mübarizəsi idi:“İkinci Qarabağ savaşında yüksək səviyyədə aparılan informasiya müharibəsi Azərbaycanın Zəfər çalmasına zəmin yaratdı” - RƏY
“Azərbaycan həm hərb, həm də informasiya meydanında qalib gəldi. Elə informasiya müharibəsinə də Prezident İlham Əliyev rəhbərlik edirdi. İkinci Qarabağ müharibəsi dövründə Prezidentin dünya ölkələrinin 30-dan çox KİV-nə müxtəlif səviyyələrdə verdiyi müsahibələr bizə bu istiqamətdə də uğur qazandırdı. Dövlət başçısının ensiklopedik biliyə sahib olması, bütün sahələrə dair verilən sualları beynəlxalq hüquq normalarına uyğun formada, haqq və ədaləti qoruyaraq, səbrli və təmkinli şəkildə cavablandırması ciddi əhəmiyyətə malik idi. Prezident bəzən sual verənlərin qərəzli mövqelərini ifşa edir, onların özünü ittiham edirdi. Bu, bizə böyük uğur qazandırdı. Həmin dövrdə jurnalistlərimiz, bütün media orqanları da Prezidenti nümunə götürərək silaha sarıldı. “Silah” dedikdə burada jurnalistin peşə silahından – sözündən, qələmindən söhbət gedir. İkinci Qarabağ savaşında yüksək səviyyədə aparılan informasiya müharibəsi Azərbaycanın Zəfər çalmasına zəmin yaradırdı. Bütün bunların nəticəsidir ki, biz ədalətsizliklə idarə olunan dünyanı öz haqq işimizə inandıra bildik. Azərbaycan bütün dünyaya izah etdi ki, ədalətli müharibə aparır. İnformasiya müharibəsində düşmənin vandallığını ifşa edən Azərbaycan qələbə qazanmağa nail oldu”.

Politoloq Qabil Hüseynli də Vətən müharibəsi dövründə Prezident, Ali Baş Komandan İlham Əliyevin Ermənistanın sülh və insanlıq əleyhinə törətdiyi cinayətlər barədə məlumatları dünya ictimaiyyətinə çatdırması barədə fikirlərini bölüşüb.“İkinci Qarabağ savaşında yüksək səviyyədə aparılan informasiya müharibəsi Azərbaycanın Zəfər çalmasına zəmin yaratdı” - RƏY
Politoloq qeyd edib ki, Prezidentin İkinci Qarabağ savaşında xarici media qurumlarına verdiyi müsahibələr Azərbaycanın informasiya müharibəsində uğur qazanmasına gətirib çıxardı: “Müasir dövr, doğrudan da, informasiya müharibəsi dövrüdür, yəni, döyüşən təkcə ordular deyil. Müharibə zamanı hər iki tərəfin ideologiyası, təbliğat maşını işə düşür. Azərbaycan Vətən müharibəsində Ermənistanın yaydığı uydurma məlumatları məhdudlaşdırır, onlara tutarlı cavablar verirdi. Həmin dövrdə ölkəmizin kütləvi informasiya vasitələri həm xaricə, həm də daxilə yönəlik kifayət qədər uğurlu iş ortaya qoydular. İnformasiya müharibəsində İkinci Qarabağ savaşı zamanı qardaş Türkiyənin media cameəsi də bizə çox kömək etdi, onlar bizimlə, demək olar ki, elə eyni cəbhədə döyüşürdülər. Müharibə həqiqətlərinin dünyaya bəyan edilməsində, düşmənin qara piar xarakterli məlumatlarının yayılmasının qarşısının alınmasında Türkiyənin rolu, sözsüz ki, danılmazdır. Vətən müharibəsi də sübut etdi ki, uğurlu aparılan təbliğat işi, informasiya mübarizəsi düşmən üzərində qələbə qazanmaq üçün zəmin yaradır. Prezident İlham Əliyevin xarici KİV-nin suallarını bir neçə dildə səlis şəkildə, səbirlə və dəqiq cavablaması Azərbaycanın informasiya müharibəsində qələbə qazanmasını təmin etdi. Bu uğurlu proses postmüharibə dövründə də davam etdirilir”.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə dərc olunub.

“İkinci Qarabağ savaşında yüksək səviyyədə aparılan informasiya müharibəsi Azərbaycanın Zəfər çalmasına zəmin yaratdı” - RƏY

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.