bandicam 2022 01 29 11 51 19 190NATO öz silahlı qüvvələrini Ukraynaya yerləşdirməyəcək. NATO-nun kollektiv təhlükəsizliklə bağlı Vaşinqton sazişinin 5-ci maddəsi üzv ölkələrə şamil edilir.

araz.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq onlayn konfransda çıxışı zamanı deyib.

“NATO-nun öz ərazisini mühafizə etməsi ilə Ukraynaya hərbçi hazırlığında kömək etməsi və silah göndərməsini dəqiq fərqləndirmək lazımdır”, – deyə Baş katib əlavə edib.

Stoltenberq vurğulayıb ki, Rusiya öz sərhədlərində daha az NATO qüvvəsi görmək istəyir, amma Ukraynaya hücum olacağı təqdirdə bunun tam əksi baş verəcək.

NATO rəhbəri Alyansın Ukrayna ətrafındakı gərginliyin diplomatik yolla həllinin tərəfdarı olduğunu qeyd edib. 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.